Sony, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin istehsalını dayandırır!
Digər
04.07.2024
Farid Pardashunas
Sony, yazıla bilən optik medianın istehsalını dayandırır. Şirkət, optik media istehsalı müəssisəsində çalışan 250 nəfərə qədər işçini ixtisar etməyi planlaşdırır.
Şirkət, bunu AV Watch-a verdiyi müsahibədə təsdiqləyərək, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin (CD-R, DVD-R və BD-R), digər adı ilə boş disklərin inkişaf etdirilməsinin və istehsalının dayandırılacağını bildirib. Lakin kommersiya müştərilərinin və kino həvəskarlarının hələlik çaxnaşmaya düşməsinə ehtiyac yoxdur. Çünki şirkət, bir müddət ticari və istehlakçı optik disklərinin istehsalına davam edəcəyini açıqlayıb. Sony, bu məhsulların istehsalının son tarixini, pərakəndə tərəfdaşları ilə məsləhətləşərək qərar verəcək.
Müasir dünyada hər şeyin onlayn edilə bildiyini nəzərə alsaq, Sony-nin bu qərarının olduqca düzgün olduğunu görə bilərik. Optik disklər, məlumatların saxlanması üçün daha uzun müddətə malik olsalar da, bulud yaddaşı, sərt disklər və SSD-lərin çevikliyinə malik deyillər. Üstəlik, optik disklərin imkanları da məhduddur. Bu gün ən yüksək tutumlu Blu-ray disklərinin tutumu 125 GB-a çatır. Bəzi çinli tədqiqatçılar, 125 TB -a qədər məlumat saxlaya bilən optik disk formatı yaratmağa müvəffəq olsalar da, bu məhsullar, hələlik satışda deyil.
Sözügedən qərarla bağlı Sony sözçüsü, açıqlamasında bildirib: "Soyuq anbar bazarında artım, gözləntilərimizi qarşılamadı və bütövlükdə saxlama media biznesinin performansı zəif olaraq qalır. Qərara gəldik ki, gəlirliliyi artırmaq üçün biznes strukturuna yenidən baxmaq lazımdır. Biz bazar mühitinə uyğun miqyasda işimizi davam etdirməyi və 3 tədbirlə gəlirliliyə qayıtmağı hədəfləyirik. Birincisi, qeydə alına bilən optik medianın inkişafı və istehsalının mərhələli şəkildə dayandırılması və işçi qüvvəmizin həcminin azaldılması, ikincisi, lent media biznesində işçilərin ixtisarı, üçüncüsü isə 2025-ci ilin aprelindən başlayaraq biznesin miqyasına uyğun olaraq vahid şirkət strukturuna və səmərəli əməliyyatlara keçiddir."
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
Sony Pictures film və serialların hazırlanmasında süni zəkadan istifadə edəcək
Sony şirkətinə məxsus olub film və televiziya layihələrinin hazırlanması ilə məşğul olan Sony Pictures filmlərin istehsalı prosesində xərclərin aşağı salınması üçün generativ süni zəkadan istifadə etməyi planlaşdırır.
Sony kompakt ölçülü yeni flaqman Xperia smartfonu üzərində çalışır
Sony kompakt ölçülü yeni flaqman Xperia smartfonu üzərində çalışır
Sony şirkəti keçən həftə Sony Xperia 1 VI flaqman smartfonunu və orta büdcəli Xperia 10 VI smartfonunu təqdim etdi. İnsayderlərin vermiş olduqları yeni məlumata əsasən indi də Sony kompakt ölçülü yeni flaqman smartfonu üzərində çalışır.
Sony, qarğıdalı dənələrini belə tikə bilən ultra dəqiq mikrocərrahi robotunu təqdim edib! (VİDEO)
Sony, qarğıdalı dənələrini belə tikə bilən ultra dəqiq mikrocərrahi robotunu təqdim edib! (VİDEO)
Sony, qarğıdalı dənəsində kiçik bir kəsik yarada və kəsikləri tikə bilən ultra dəqiq mikrocərrahiyyə robotunu nümayiş etdirib. Robot həmçinin müxtəlif alətlər arasında avtomatik keçid edə bilir.
Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ
Orta büdcəli Sony Xperia 10 VI smartfonu təqdim edilib - QİYMƏTİ
Sony şirkəti Xperia 1 VI flaqman smartfonu ilə yanaşı həmçinin Xperia 10 VI adlı orta büdcəli smartfonunu da təqdim edib.
Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
Sony Xperia 1 VI flaqman smartfonu təqdim edilib
Sony şirkəti daha öncə də söz verdiyi kimi Xperia seriyasının yeni flaqman smartfonunu təqdim edib. Söhbət, Sony Xperia 1 VI-dən gedir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!