Sony “Peanuts” françayzinqinin 80 faizinə sahib oldu
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony Music Entertainment Japan və Sony Pictures Entertainment artıq rəsmi olaraq “Peanuts” françayzinqinin 80 faizinə sahibdir. Müqavilə ilk dəfə 2025-ci ilin dekabrında elan olunsa da, tənzimləyici qurumların təsdiqindən sonra 460 milyon dollarlıq razılaşma yekunlaşıb.
Əslində Sony Music Entertainment Japan 2018-ci ildən “Peanuts”ın 39 faiz payına sahib idi. Yeni razılaşma çərçivəsində isə Yaponiyaya məxsus “Sony” şirkətləri Kanadanın WildBrain media firmasından əlavə 41 faizlik payı alıblar. Bununla da “Peanuts” artıq tam şəkildə “Sony”nin konsolidasiya olunmuş törəmə şirkətinə çevrilib.
“Peanuts” kainatı 1950-ci ildə amerikalı karikaturaçı Charles M. Schulz tərəfindən yaradılmış komiks zolaqları ilə başlayıb. Xüsusilə Çarli Braun və onun iti Snupi zamanla dünya miqyasında məşhur obrazlara çevrilib.
İllər ərzində layihə genişlənərək animasiya seriallarına, musiqili tamaşalara və filmlərə çevrilib. Bunların arasında xüsusilə A Charlie Brown Christmas və Snoopy The Musical kimi layihələr diqqət çəkir.
Paylaş