Sony “Peanuts” franşizasının 80 %-ni satın alır
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Sony şirkəti “Peanuts” və onun məşhur personajları olan Snoopy, Charlie Brown və digərlərini satın almaq üçün təxminən 460 milyon dollar ödəyir. Bu razılaşma çərçivəsində Sony franşizanın hazırkı sahibi olan Kanadanın WildBrain şirkətinə məxsus 41 faizlik payı alır.
Qeyd edək ki, Sony artıq 2018-ci ildə Peanuts brendinin 39 faizini satın almışdı. Yeni razılaşma tamamlandıqdan sonra şirkətin ümumi payı 80 faizə çatacaq və “Peanuts” rəsmi olaraq Sony-nin törəmə şirkətinə çevriləcək. Qalan 20 faiz pay isə yaradıcı Charles M. Schulz-un ailəsinə məxsus olaraq qalacaq. Müqavilə hələlik tənzimləyici qurumların təsdiqini gözləyir. “Peanuts” komiks kainatı 1950-ci ildə Charles M. Schulz tərəfindən yaradılıb və bu il 75 illik yubileyini qeyd edir. Onilliklər ərzində brend animasiya serialları, musiqili şoular və filmlərlə qlobal miqyasda böyük populyarlıq qazanıb, Snoopy isə mədəni ikonaya çevrilib.
Paylaş
Bənzər xəbərlər