main-post-cover

    “Startup World Cup” tədbiri Azercell-in tərəfdaşlığı ilə baş tutacaq

    Digər
    17.09.2024
    Emil Nəcəfov
         Bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq. 
         Qeyd edək ki, regionun ən perspektivli startaplarını bir araya gətirəcək bu tədbir  “Technovate Investments” və “Pegasus Tech Ventures”in təşəbbüsü ilə keçirilir. Müsabiqəyə tərəfdaş qismində qatılan Azercell ölkəmizdə startap  mədəniyyətinin inkişafına, sahibkarlıq ekosisteminin və innovasiyaların təşviqinə töhfə verməyi hədəfləyir.
         Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq. Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də təmsil edəcək. 
         Bu günə kimi 100-ə yaxın startap müsabiqədə iştirak üçün artıq qeydiyyatdan keçib.
         Qeyd edək ki, “Startup World Cup”  ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri  bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir. 
         Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: 
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Rəqəmsal şəxsiyyət vəsiqəsinin tanınması Azercell-in bütün ofislərində təmin edilib
    reqemsal-sexsiyyet-vesiqesinin-taninmasi-azercell-in-butun-ofislerinde-temin-edilib
    Məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında ölkəmizə medallar qazandırıblar
    mekteblilerimiz-beynelxalq-fenn-olimpiadalarinda-olkemize-medallar-qazandiriblar
    Azercell-dən Litres və Busuu tətbiqlərindən pulsuz istifadə imkanı
    azercell-den-litres-ve-busuu-tetbiqlerinden-pulsuz-istifade-imkani
    Azercell-in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində sosial layihə qəbulu davam edir
    azercell-in-heyati-daha-dolgun-edirik-qadinlara-destek-proqrami-cercivesinde-sosial-layihe-qebulu-davam-edir
    Azercell yeni Wi-Fi cihazını təqdim edir
    azercell-yeni-wi-fi-cihazini-teqdim-edir