Take-Two CEO-su: GTA 6 inanılmaz olacaq və gözlədiyinizə dəyəcək!
Digər
26.12.2024
Farid
Pərəstişkarlar Rockstar Games-in yeni GTA 6 treylerinin yayımlamasını səbirsizliklə gözləyərkən, Take-Two CEO-su Grand Theft Auto 6-nı gözləyənləri daha da həyəcanlandıracaq açıqlama ilə çıxış edib.
Rockstar-ın Grand Theft Auto VI üçün yeni bir treyler yayımlamasından 1 ildən çox vaxt keçib. Böyük maraqla gözlənilən açıq dünya oyunu 2025-ci ilin payızında çıxacaq. Rockstar-ın sahibi Take-Two, 200 milyondan çox satılan Minecraft-dan sonra bütün dövrlərin ən çox satılan ikinci oyunu olan GTA 5-in uğurunu təkrarlamağa qərarlıdır. Şirkətin rəhbəri Strauss Zelnick, son vaxtlar verdiyi bir müsahibədə GTA 6-nı gözləyənləri daha da həyəcanlandıran açıqlama verib.
Rockstar-ın ana şirkəti Take-Two Interactive-in CEO-su Zelnick bildirib: “Düşünürəm ki, oyun inanılmaz olacaq və gözlədiyinizə dəyəcək. Pərəstişkarlarımızın rəylərini diqqətlə dinləyirik. Bizim işdə bunu etməyiniz və edə bilməyiniz vacibdir. Amma unutmayın ki, ən böyük uğurlar həmişə gözlənilməz olanlardır. Komandalarımız ağlınıza belə gəlməyəcək yeniliklər üzərində işləyirlər”.
Zelnick-in açıqlamasına görə, GTA 6 gözləntiləri tamamilə aşacaq və oyunçuların təsəvvür etdiklərindən çox daha böyük, daha yaxşı, daha həyəcanlı və daha möhtəşəm bir oyun olacaq. Grand Theft Auto 6, Xbox Series X/S və PS5 üçün hazırlanır. Rockstar hələ ki, PC versiyasını təsdiqləməyib. Oyunun günümüz Vice City-sində baş verdiyi və Lucia ilə Jason adlı 2 yeni qəhrəman gətirəcəyi məlumdur. GTA 6-nın yeni treyleri böyük maraqla gözlənilir.
Paylaş
gta 6 news
gta 6
grand theft auto 6
rockstar
rockstar games
Take-Two Interactive
Grand Theft Auto VI
gta
grand theft auto
Bənzər xəbərlər
Digər
Gözləməkdən bezən GTA 6 oyunçuları öz əllərilə oyunun xəritəsini yaradıblar! (VİDEO)
GTA 6 ilə bağlı rəsmi məlumat gözləyən oyunçular, təqdim olunan treylerdən ilham alaraq oyunun xəritəsini özləri yaratmağa başlayıblar.
Digər
Rockstar işçiləri GTA 6 sızıntıları barədə danışıblar!
İlk treyləri 2023-cü ilin dekabr ayında yayımlanan GTA 6 haqqında müxtəlif ehtimallar irəli sürülməyə davam edir. Rockstar işçiləri bu ehtimalları əyləncəli hesab etdiklərini bildirsələr də, dəqiq tarixlə bağlı heç bir dəqiq məlumat verməyiblər.
Digər
GTA 6-nın yeni görüntüləri internetə sızdırılıb!
GTA 6 ilə bağlı maraqlı yeni məlumatlar gəlməyə davam edir. Oyunun keyfiyyətini ortaya qoyan detallı görüntülər yenidən internet dünyasına sızdırılıb.
Digər
GTA 6-nın oyun içi videoları sızdırılaraq sosial şəbəkələrdə paylaşıldı! (VİDEO)
Rockstar Games-in GTA 6 oyununa dair yayımlanma tarixi, ikinci təqdimat videosu və co-op oyunun olub-olmayacağı ilə bağlı suallarla dolu videolar sızdırıldı. Videoların nə qədərinin real olduğu bəlli deyil, lakin həyəcan böyükdür.
Digər
Heç vaxt buraxılmayan gizli GTA oyunu üzə çıxıb!
GTA seriyasının üçüncü əsas oyunu olan GTA III-dən sonra, normalda San Andreas-da baş tutmayacaq bir davam oyununun nəzərdən keçirildiyi ortaya çıxıb.
Ən çox oxunanlar