
Tarixin ən böyük kriptovalyuta oğurluqlarından birini həyata keçirən haker 5 il həbs cəzası alıb!
Digər
18.11.2024
Aslan
Bitfinex adlı kriptovalyuta birjasından 120 min Bitcoin oğurlayan haker 5 il həbs cəzasına məhkum edilib.
2016-cı ildə Bitfinex birjasından təxminən 120 min Bitcoin oğurlanmışdı. Kriptovalyuta tarixində ən böyük birja soyğunlarından biri hesab edilən bu hadisənin arxasında Ilya "Dutch" Lichtenstein adlı hakerin olduğu bildirilirdi. Vaşinqtonda federal məhkəmə qarşısına çıxarılan Lichtenstein-ə 5 il həbs cəzası verilib. Lichtenstein və həyat yoldaşı Heather Morgan 2022-ci ildə həbs edilmişdilər. Onlar keçən ilin avqust ayında çirkli pulların yuyulması məqsədilə sui-qəsd təşkil etdiklərini etiraf etmişdilər. Hadisənin baş verdiyi dövrdə oğurlanan kriptovalyutaların dəyəri 71 milyon dollar idi. Bu gün isə həmin məbləğin dəyəri 10 milyard dollardan çoxdur.

ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Lichtenstein və Morgan "bir sıra mürəkkəb çirkli pulların yuyulması texnikalarından" istifadə edərək oğurlanmış vəsaitləri qanunsuz dövriyyəyə buraxmışdılar. Bu üsullara saxta şəxsiyyət vəsiqələrindən istifadə, Bitcoin-lərin digər kriptovalyutalara çevrilərək dövriyyəyə buraxılması, darknet üzərindən vəsaitlərin ötürülməsi və qızıl alışı daxil idi.
Lichtenstein-in 5 illik həbs cəzası ABŞ-da bu növ cinayətlər üçün nəzərdə tutulan 20 illik maksimum cəzanın xeyli aşağısında olduğu ilə diqqət çəkir. Heather Morgan isə 18 noyabrda hakim qarşısına çıxacaq. Onun isə 18 ay həbs cəzası alması gözlənilir.
Paylaş
Ən çox oxunanlar

15 000-dən çox şagird Milli Hakatonun seçim mərhələsində iştirak edib.
