
'Tedbirli.com' ilə 'Pecha Kucha' Night Bakıya gəlir
Tedbirli.com - yerli tədbir təşkili onlayn platforması bu yaxınlarda rəsmi olaraq Bakıda "Pecha Kucha Night" tədbirlərinin təşkilinin keçirilməsi lisenziyasını əldə edib. Dünyaca məşhur "Pecha Kucha Night" tədbirləri konsept olaraq bizlərə "TEDx" tərzini xatırladır. Bəs fərqli olan nədir?
Pecha Kucha Night (PKN) ( yaponcadan tərcümədə söhbət etmək)
ilk dəfə 2003-cü il fevral ayında Yaponiya Tokioda Klein-Dytham
Architecture şirkətinin iki əməkdaşı tərəfindən qurulmuş dünyanın ikinci ən
böyük "talks" şirkətidir. Bu həmçinin qərb sisteminin şərq üslubunda təqdimat
formatı kimi də tanınır. Hal-hazırda dünyanın 1022 şəhərində 176 ölkəsində fəaliyyət
göstərən layihə öz 20 slayd 20 saniyə sisteminə görə fərqlənir .
Çıxış edən şəxs 20 slayddan ibarət təqdimat-hesabat təqdim
edir, hər bir slayd 20 saniyə nümayiş etdirilir, bundan sonra o avtomatik
olaraq növbəti slaydla əvəz edilir. Beləliklə, təqdimatın ümumi müddəti 6 dəqiqə
40 saniyə ilə məhdudlaşır. Təqdimatlar bir-birinin ardınca gedir. Təqdimatların
sayı adətən 8-12 aralığında dəyişir. Format dünyada hər bir ölkədə ola bilər ki, buna da PKN
lisenziyası deyirlər. Lisenziya bir illik verilir və lisenziyanı alan şəhər isə
ildə ən azı 4 dəfə PKN öhdəliyi götürür, bu öhdəliyi yerinə yetirdiyi halda
lisenziya müddəti uzadılır.
Azərbaycanda ilk dəfə PKN 2013-cü ildə İrəli İB tərəfindən
alınıb lakin o vaxt şəhər təşkilatçıları yalnız iki PKN etdiklərinə görə
lisenziyaları ləğv edilib və 4 ilə yaxındır ki, Azərbaycan üzrə heç bir PKN
lisenziyası alınmayıb. 2017-ci ildən Tedbirli.com, PKN –nin Azərbaycan Bakı üzrə
şəhər təşkilatı, platformanın ortaq qurucusu Fərid Məhərrəmli isə şəhər təşkilatçısı
lisenziyası alıbdır.
Bu lisenziyanı almaq çün startup rəhbərləri 40 gündən çox
bir müddət vaxt sərf etdiklərini söyləyir. Xatırladaq ki, PKN digər dünya şəhərlərində dövlət və böyük
şirkətlərdən sponsor dəstəyi alan global layihə kimi məşhurdur.
Rəsmi İstinad burada
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...