Trump-ın sui-qəsddən xilas olması, Bitcoin-nin dəyərinin artmasına səbəb olub!
Digər
16.07.2024
Farid Pardashunas
Prezidentliyə namizəd Trump-a qarşı sui-qəsd cəhdi ürəkaçan olmasa da, kriptovalyuta bazarının seçkilərdə hansı tərəfdə olacağı bəlli olub.
Son həftələrdə Almaniya hökumətinin cinayət təşkilatlarından əldə etdiyi milyonlarla dollarlıq Bitcoin aktivlərini satmağa başlaması və Mt. Gox Exchange-in 8 milyard dollar dəyərində Bitcoin aktivlərini geri qaytarma prosesi kriptovalyuta bazarı üçün kabusa çevrilib. Keçən həftə bu hadisələrlə yekunlaşdığı kimi, iyulun 13-dən 14-nə keçən gecə prezidentliyə namizəd Donald Trump-a qarşı edilən sui-qəsd hadisəsi bütün dünyanı silkələdi. Trump, sui-qəsddən kiçik xəsarətlərlə sağ çıxsa da, kriptovalyuta bazarına böyük təsir göstərib.
Donald Trump-ın Bitcoin tərəfdarı açıqlamaları və yaxın həftələrdə bir konfransa qatılacağı xəbəri, kriptovalyuta dünyasını ümidləndirib. Sorğulara görə, sui-qəsd cəhdi Trump-ın prezident seçilmək şansını xeyli artırıb. Bu inkişaf, Bitcoin-in qiymətinə də müsbət təsir edib. Hücumdan əvvəl 56000-57000 dollar aralığında olan Bitcoin, hücumdan sonra yüksəlməyə başlayıb və əvvəlcə 60 min dollar, sonra isə 63 min dollar səviyyələrini qalxıb. Hazırda 62700 dollar civarında olan Bitcoin-in bu hərəkəti altkoinlərə böyük təsir göstərməyib. Digər tərəfdən, Trump-ın hücum sonrası müqavimət hərəkatı və yaralı qulağı ilə bağlı çoxsaylı kriptovalyuta layihələri bazara çıxıb və bir gecədə təxminən 1 milyard dollara yaxın bir həcm yaradıb. Bəzi layihələr isə öz investorlarına yaxşı gəlirlər gətirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb
Bu ilin ilk 6 ayı ərzində ümumi 1 milyard dollardan çox dəyərə sahib kriptovalyuta oğurlanıb
Bloomberg saytının vermiş olduğu məlumata əsasən bu ilin ilk 6 ayı ərzində oğurlanmış kriptovalyutaların ümumi dəyəri 1.38 milyard dollar təşkil edib.
Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
Elon Musk ilə bağlı kriptovalyuta dələduzluqları davam edir
Jurnalistlər dünən YouTube-da 5 saatlıq canlı yayım aşkar ediblər. Aşkar edilmiş canlı yayımda Elon Musk-ın deepfake görüntüsündən istifadə edilərək istifadəçilər arasında kriptovalyuta dələduzluğu yayılıb.
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
Hakerlər 50 Cent-in X-dəki hesabını sındıraraq yarım saatda 3 milyon dollar qazanıblar
50 Cent ləqəbi ilə tanınan məşhur reper Curtis James Jackson öz pərəstişkarları ilə birlikdə dələduzluğun qurbanına çevrildiyini bildirib.
Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
Donald Trump, bağlatmaq üçün əlindən gələni etdiyi TikTok-da hesab açıb!
Donald Trump, bağlatmaq üçün əlindən gələn hər şeyi etdiyi TikTok-da hesab açaraq paylaşım edib. Hesabda paylaşılan ilk video, Trump pərəstişkarlarının marağına səbəb olub.
Donald Trump ikinci dəfə prezident seçiləcəyi halda elektromobil satışlarını dayandırmaq niyyətindədir
Donald Trump ikinci dəfə prezident seçiləcəyi halda elektromobil satışlarını dayandırmaq niyyətindədir
ABŞ-ın keçmiş prezidenti və bu il baş tutacaq prezident seçkilərinə yenidən namizəd olan Donald Trump bildirib ki, o, yenidən prezident seçiləcəyi təqdirdə elektromobil satışlarını dayandırmaq niyyətindədir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!