Logo
    main-post-cover

    Volkswagen günəş enerjisi və heyvandarlığı eyni layihədə birləşdirdi

    Digər
    09.07.2026
    Sevinj
        Volkswagen Polşanın Poznan şəhərində yerləşən və avtomobil istehsalı zavodunu enerji ilə təmin edən günəş elektrik stansiyasında maraqlı layihəyə start verib. Şirkət ərazidə otların biçilməsi üçün 100 qoyunu otarmağa başlayıb.
        Layihə təkcə yaşıllıq sahələrinin təbii üsulla qorunmasını hədəfləmir. Bu təşəbbüs eyni zamanda kənd təsərrüfatı ilə günəş enerjisi istehsalının eyni ərazidə birgə həyata keçirilməsini nəzərdə tutan aqrivoltaika konsepsiyasının araşdırılmasının bir hissəsidir.
        Tədqiqatı Poznan Həyat Elmləri Universiteti aparır. Alimlər qoyunların otlama fəaliyyətinin heyvanların rifahına, biomüxtəlifliyə, torpağın keyfiyyətinə, bitki örtüyünə və ərazinin mikroiqliminə necə təsir göstərdiyini öyrənəcəklər.
        Volkswagen Poznan şirkətinin direktoru Marzena Pillich-Gronska bildirib ki, günəş elektrik stansiyası artıq yalnız ekoloji cəhətdən təmiz enerji istehsal etmir. Onun sözlərinə görə, bu məkan həm biomüxtəlifliyi, həm yerli kənd təsərrüfatını, həm də elmi tədqiqatları dəstəkləyən bir sahəyə çevrilib. O qeyd edib ki, qoyunların otarılması layihəsi müasir sənayenin təbiətlə harmoniyada fəaliyyət göstərə biləcəyini nümayiş etdirir.
    Paylaş