Logo
    main-post-cover

    Xbox-un məşhur oyunu Avowed PS5-ə gəlir

    Digər
    09.01.2026
    Sevinc
         Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Xbox-un daha bir birinci tərəf oyunu PlayStation 5 platformasına keçir. Obsidian Entertainment tərəfindən hazırlanan və ötən ilin ən çox bəyənilən oyunlarından biri olan Avowed 17 fevral tarixində PS5 üçün satışa çıxacaq. Bu tarix oyunun ilk ildönümünə cəmi bir gün qalmış vaxta təsadüf edir.
         Eyni zamanda oyunun ildönümünə özəl böyük yeniləmə bütün platformalarda paralel şəkildə yayımlanacaq. Bu yeniləməyə New Game+ rejimi (oyunu bitirənlərin bütün silah və inkişaflarla yenidən oynaması), foto rejimi, yeni silah növü və digər əlavə məzmunlar daxildir.
         Avowed Obsidian-ın Pillars of Eternity oyunları ilə eyni kainatda cərəyan edir. Oyunçular dünyanı bürümüş sirli göbələk mənşəli vəbanı araşdırmaq üçün təhlükəli və sehrli bir səyahətə çıxırlar. Son illərdə Microsoft bir çox Xbox eksklüziv oyununu PS5-ə gətirərək konsol sərhədlərini aradan qaldırır. Forza Horizon 5, Indiana Jones and the Great Circle, Senua’s Saga: Hellblade II və Sea of Thieves artıq PlayStation istifadəçiləri üçün əlçatandır. Hətta bu il ərzində bir Halo oyununun da PS5-də çıxacağı gözlənilir ki, bu da bir vaxtlar qeyri-mümkün hesab olunurdu.
    Paylaş