Yaponiya, disketlərdən istifadəni dayandırmaq qərarına gəlib!
Digər
04.07.2024
Farid Pardashunas
20 ildən sonra Yaponiya, nəhayət bütün sistemlərində disketlərdən istifadəni aradan qaldıraraq bürokratiyasını modernləşdirmək istiqamətində nəhəng addım atıb. Ölkə bunu müharibədə qalib gəlmək kimi təsvir edir.
20 ildən sonra Yaponiya hökuməti, bütün sistemlərində disketlərdən istifadəni nəhayət aradan qaldıraraq bürokratiyanı modernləşdirmək cəhdində qalib gəlir. Yaponiya Rəqəmsal Transformasiya Naziri Taro Kono, "İyunun 28-də disketlərə qarşı müharibədə qalib gəldik" sözlərini ifadə edib. Kono, hökumətdə faks aparatlarının və digər analoq texnologiyaların ləğv edilməsinin tərəfini tutan şəxslərdən biridir. Məlumatlara görə, Yaponiya hökuməti, avtomobillərin təkrar emalı ilə bağlı ekoloji qayda istisna olmaqla, disketlərdən istifadəni tənzimləyən bütün 1034 qaydanı ləğv edib. Əksər sistemlər və prosedurlar isə onlayn sistemlərə köçürülüb. Yaponiya, son illərdə nazir Kono-nun rəhbərliyi ilə rəqəmsallaşma sahəsində mühüm addımlar atıb.
Disketlər, 20-ci əsrin sonlarında o qədər geniş yayılmışdı ki, demək olar ki, hər sənayedə istifadə olunurdu. Disketlər, hələ də bəzi məhdud istifadəyə malik olsalar da, xüsusən köhnə sənaye kompüter avadanlıqlarında, onlar öz yerini USB flash sürücülər, HDD, SSD və bulud yaddaşı kimi daha müasir həllərə veriblər. Bu gün biz hələ də disketlərin bəzi incəsənət xadimləri, müdafiə və ictimai sistemlər, hətta mülki aviasiya tərəfindən istifadə edildiyini görürük. Məsələn, ABŞ-ın San-Fransisko şəhərində qatarların idarə olunması sistemində hələ də 48 illik disketlərdən istifadə olunur. İlk disket, 1971-ci ildə IBM tərəfindən təqdim edilmişdir. Son disket isə 2011-ci ilin mart ayında Sony tərəfindən istehsal edilmişdir. Sony o vaxt bildirmişdi ki, tələbin azalması və digər saxlama formatlarının rəqabəti səbəbindən bütün istehsalı dayandırıb.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!