main-post-cover

    Yeni araşdırmalar zamanı interneti zəif olan insanların köçməyə daha çox meyilli olduqları ortaya çıxıb!

    Digər
    20.12.2024
    Farid Pardashunas

         Global səviyyədə xidmət göstərən DE-CIX şirkətinin apardığı araşdırmaya görə, Türkiyədəki istifadəçilərin 45%-i zəif internet səbəbindən köçməyi düşünür.

          Türkiyədə zəif internet böyük bir problem yaradır. Yeni aparılan araşdırmaya əsasən, internet sürəti insanların ev seçimi qərarına təsir göstərir. Hətta zəif internet səbəbindən köçməyi düşünənlərin sayı xeyli yüksəkdir. İnternetin effektiv, sürətli və ucuz şəkildə yönləndirilməsi üçün infrastruktur xidməti təqdim edən IX operatoru DE-CIX, Türkiyədə ev seçimində internet infrastrukturunun nə qədər əhəmiyyətli olduğunu ortaya qoyub.
         Araşdırmaya qatılanların 45%-i, yaşadıqları evdə sürətli və etibarlı internet yoxdursa, köçməyi düşündüyünü bildirib. Xüsusilə 25-34 yaş arası gənc yetkinlər, sürətli və etibarlı internetin olmamasını yaşayış yerini dəyişmək üçün güclü bir səbəb kimi görürlər. Bundan əlavə, iştirakçıların 60%-i “sürətli və etibarlı internet bağlantısı”nı ev seçimi üçün vacib kriteriyalardan biri olaraq göstərir.
         Həmçinin iştirakçıların təxminən 30%-i internet bağlantılarında tez-tez problemlər yaşadığını qeyd edir. Hər gün internet bağlantısı ilə bağlı problem yaşayanların nisbəti isə 6% olaraq müəyyən edilib. İştirakçıların 50%-i, fiber-optik infrastrukturun genişləndirilməli olduğunu düşünür. Kənd yerlərində isə mobil və peyk internetinin daha geniş şəkildə yayılması zəruri hesab edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Artıq Rusiya da Şimali Koreya kimi qlobal internetlə əlaqəsini dayandıracaq!
    artiq-rusiya-da-simali-koreya-kimi-qlobal-internetle-elaqesini-dayandiracaq
    NATO, interneti sualtından peyklərə yönləndirəcək!
    nato-interneti-sualtindan-peyklere-yonlendirecek