Logo
    main-post-cover

    Yeni "Avatar" filmlərinin rəsmi premyera tarixləri açıqlandı

    Digər
    08.05.2017

    20th Century film studiyası ilk dəfə "Avatar” fantastik filminin davamı olacaq 4 filmin premyera tarixini açıqladı.

    Deməli məlumata əsasən "Avatar 2” filmi 18 Dekabr 2020-ci il tarixində, "Avatar 3” filmi 17 Dekabr 20201-ci il tarixindıə, "Avatar 4” filmi 20 Dekabr 2024-cü il tarixində, "Avatar 5” filmi isə 19 Dekabr 2025-ci il tarixində izləyicilərə təqdim olunacaq. Beləliklə ikinci film pərəstişkarların gözləntilərinə baxmayaraq bir qədər gec təqdim olunacaq. Belə ki, hesab olunurdu ki, "Avatar 2” filminin premyerası 2018-ci ilin sonunda baş tutacaq. Lakin 2016-cı ilin sonunda rejissor James Cameron bildirmişdi ki, ikinci film üçün bu cür premyera tarixi real görünmür. Güman olunur ki, hər 4 filmin çəkilişləri bu ilin payız fəslində start götürəcək. Hər-halda birinci filmdə iştirak etmiş aktrisalar Sigourney WeaverZoe Saldana, növbəti filmlərdədə iştirak edəcəklərini artıq rəsmi şəkildə bildiriblər. Qeyd etmək lazımdır ki, 2009-cu ildə böyük ekranlara çıxmış "Avatar” filmi dünya kinematoqrafiyasının ən gəlirli filmidir. Belə ki, sözügedən film 2.7 milyard dollar gəlir əldə etmişdir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Yeni "Avatar" filmlərinin rəsmi premyera tarixləri açıqlandı | Technote