Logo
    main-post-cover

    Twitter-də SMS vasitəsilə iki faktorlu autentifikasiya imkanı yalnız Twitter Blue abunəçiləri üçün aktiv olacaq

    e-ticaret
    20.02.2023
    Emil
        Keçən ilin oktyabr ayında Elon Musk-ın Twitter-i almasından sonra sosial şəbəkə yeni gəlir mənbələrini axtarmağa davam edir. İndi isə sosial şəbəkə bu cür yeni gəlir mənbəyini tapıb. Belə ki, Twitter təmsilçiləri elan ediblər ki, yaxın zamanda sosial şəbəkədə SMS vasitəsilə iki faktorlu autentifikasiya imkanı yalnız Twitter Blue abunəçiləri üçün aktiv olacaq. Qeyd etmək lazımdır ki, Twitter Blue-nun aylıq istifadə haqqı 8$ təşkil edir. Bununla belə, istifadəçi abunəliyi sosial şəbəkənin tətbiqi daxilində əldə etmək istəyirsə, onun iOS və ya Android istifadəçisi olmasından asılı olmayaraq abunəliyin aylıq haqqı 11$ təşkil edəcək. Lakin əgər istifadəçi sosial şəbəkənin veb versiyası vasitəsilə abunəliyi əldə etmək istəsə, 8$ ödəməli olacaq.
        Qeyd etmək lazımdır ki, iki faktorlu autentifikasiya istifadəçinin sosial şəbəkəyə daxil olduğunu SMS vasitəsilə təsdiqləmək deməkdir. Twitter Blue abunəliyindən istifadə etməyənlər isə digər autentifikasiya üsullarından istifadə edə bilərlər. Google Authenticator 1Password kimi tətbiqləri, USB, Bluetooth NFC ilə sinxronlaşdırılan elektron açarları buna misal gətirmək olar. SMS vasitəsilə iki faktorlu autentifikasiya imkanı 20 mart tarixindən başlayaraq yalnız Twitter Blue abunəçiləri üçün aktiv olacaq. Onu da qeyd etmək lazımdır ki, Twitter Blue-dan istifadə etməyənlər artıq iki faktorlu autentifikasiya üsulları arasında SMS vasitəsini qeyd etmək imkanından məhrum olublar.
    Paylaş
    Bənzər xəbərlər