Logo
    main-post-cover

    Intel-in 8-ci nəslinə daxil olan prosessorlardan 44-ü üçün Windows 11-in dəstəyi dayandırılıb

        Microsoft şirkəti öncədən heç bir anons etmədən Windows 11-in sistem tələblərinə dəyişiklər əlavə edərək Intel-in sözügedən əməliyyat sistemini dəstəkləyən 8-ci nəsil prosessorları siyahısından 44 prosessor modelini çıxarıb. Nəticədə siyahıdan çıxarılmış 44 ədəd Intel prosessoru vasitəsilə çalışan kompüterlər bundan sonra Windows 11 ilə bağlı böyük yenilənmələri və funksiyaları əldə etməyəcəklər. Beləliklə Windows 11-in dəstəyini əldə etməyəcək Intel prosessorları bunlardır.
        Intel Xeon E-2104G, 2124, 2124G, 2126G, 2134, 2136, 2144G, 2146G, 2174G, 2176G, 2176M, 2186G, 2186M, 2224, 2224G, 2226G, 2226GE, 2234, 2236, 2244G, 2246G, 2254ME, 2254ML, 2274G, 2276G, 2276M, 2276ME, 2276ML, 2278G, 2278GE, 2278GEL, 2286G, 2286M, 2288G, 2314, 2324G, 2334, 2336, 2356G, 2374G, 2378, 2378G, 2386G2388G. Bu prosessorların adətən istehlakçı bazarında istifadə edilmədiklərinə baxmayaraq əməliyyat sisteminin aktual versiyasının dəstəyinin dayandırılacağı Intel prosessorlarının siyahısının genişlənəcəyini istisna etmək olmaz.
    Paylaş
    Bənzər xəbərlər