
Androdi 14-ü əldə edəcək və etməyəcək Samsung cihazlarının qeyri-rəsmi siyahıları təqdim edilib
Əməliyyat sistemləri
08.08.2023
Emil
Gözləntilərə əsasən bu ilin üçüncü rübündə Samsung şirkəti öz smartfonları üçün OneUI 6.0 istifadəçi interfeysinin dəstəyinə sahib Android 14 əməliyyat sisteminin test versiyasını istifadəyə verəcək. Samsung-un öz smartfonlarında əməliyyat sistemi dəstəyini hansı müddət ərzində təmin etdiyini nəzərə alaraq Sammobile saytı Android 14-ü əldə edəcək və etməyəcək Samsung cihazlarının qeyri-rəsmi siyahılarını tərtib edib. Beləliklə verilmiş məlumata əsasən Android 14-ü ilk olaraq Galaxy S21, S22, S23 smartfon seriyalarının modelləri, qatlana bilən Galaxy Z Fold 3/4/5 və Galaxy Z Flip 3/4/5 smartfonları, o cümlədən Galaxy Tab S8 və Tab S9 planşet seriyalarının modelləri əldə edəcəklər. Bununla yanaşı Android 14-ü aşağıdakı smartfonların əldə edəcəkləri gözlənilir.
- Galaxy A73, A72, A54, A53, A52, A52 5G, A52s, A34, A33, A24, A23, A14, A13, A04s
- Galaxy M54, M53 5G, M33 5G, M23
- Galaxy F54, F23, F14 5G
- Galaxy Xcover 6 Pro.
Android 14-ü əldə etməyəcək cihazlara gəldikdə isə onu Galaxy S20 smartfon seriyasının modelləri (Galaxy S20 FE daxil), bütün Galaxy Note 20 modelləri, birinci və ikinci nəsil Galaxy Z Fold ilə Z Flip modelləri əldə etməyəcəklər. Android 14-ü əldə etməyəcəkləri güman edilən digər cihazlar isə aşağıdakılardır.
- Galaxy Note 10 Lite
- Galaxy A22 (LTE və 5G), A32 (LTE və 5G), A51, A71
- Galaxy Tab A8, A7 Lite, S6 Lite (2020), S7 və S7+ planşetləri.
Paylaş
Bənzər xəbərlər