Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Android 12-də reallaşdırılacaq yeni funksiya məlum olub

Əməliyyat sistemləri
16.02.2021 PAYLAŞIM

    Google şirkəti Android-in yeni versiyasını hələ təqdim etməyib. Lakin internetdə onun barəsində məlumatlar çıxmağa davam edir. İnsayderlərin yeni məlumatlarına əsasən Google şirkəti Android-in yeni versiyasının şirniyyat adı ilə əlaqələndirilməsindən imtina etməyib. Təbii ki, əməliyyat sistemi yalnız şirkət daxilində müəyyən şirniyyat adı ilə əlaqələndirilir. Rəsmi şəkildə şirkət artıq Android-in adlandırılmasında şirniyyatların adlarından istifadə etmir. Bundan əlavə olaraq yeni Android-də smartfonlardan bir əl ilə rahat istifadənin necə reallaşdırılacağı barəsində məlumat da verilib.


    XDA-Developers saytının insayderləri bildiriblər ki, Android 12-nin test versiyasında bir əl ilə çalışma rejimi reallaşdırılıb. Bu funksiya ekranın bütöv ölçüsünün aşağı küncə sürüşdürməklə onun miqyasını 40% aşağı salmaq imkanını verir. Bu üsul ilə istifadəçi bir əl ilə lazımi ikonlara klikləyə bilər. Qeyd etmək lazmdır ki, bu cür özəllik iOS-də və Samsung-un One UI istifadəçi interfeysində artıq mövcuddur. Funksiyanı iki üsul ilə aktivləşdirmək mümkündür. Jestlər və ya 3 düyməli naviqasiya paneli vasitəsilə.

    Maraqlısı ondadır ki, bu yeni funksiya əməliyyat sisteminin açıq mənbəli koda sahib versiyasında aşkar edilib. Bu isə o deməkdir ki, çox güman ki, Google şirkətinin proqram təminatına sahib bütün smartfon istehsalçıları ondan istifadə edə biləcəklər. Bundan əlavə olaraq insayderlər Android 12-nin şirkət daxilində hansı şirniyyat növü ilə adlandırıldığı barəsində məlumat veriblər. Beləliklə məlumata əsasən əməliyyat sisteminin yeni versiyasının qeyri rəsmi adı Snow Cone-dur. Bu, buz ilə şərbətin birləşməsindən əldə olunan şirniyyyat növüdür və onu kiçik karton stəkanlarda satırlar. Android 12-nin nə zaman istifadəyə veriləcəyi barəsində hələki rəsmi bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Android 12-nin nə zaman təqdim olunacağı məlum olub

Google şirkəti şifrələnmiş mesaj yayımlayıb və həmin mesajda hər il keçirilən Google I/O tədbirinin ..


Xiaomi şirkəti MIUI 12.5-i ilk əldə edəcək smartfonların siyahısını təqdim edib..

Xiaomi şirkəti özünün yeni MIUI 12.5 istifadəçi interfeysinin istifadəyə verilmə planları barəsində ..


Tim Cook iOS-də olan əsas məhdudiyyətlərdən birinin səbəbini açıqlayıb..

The New York Times ilə baş tutmuş böyük müsahibə çərçivəsində Apple şirkətinin CEO-su Tim Cook elekt..


Google Android tətbiqlər üçün təhlükəsizlik şərtlərini daha da sərtləşdirəcək..

Google şirkətinin fikrincə tərtibatçılar daha dürüst olmalıdırlar və öz rəqibləri ilə istifadəçiləri..


Android 12-də sürətli tərcümə funksiyası reallaşdırılacaq

Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş yeni beta versiyasında Google Lens Translate adlı..


HarmonyOS-i ilk əldə edəcək smartfonların siyahısı ortaya çıxıb

Huawei şirkəti adi istifadəçilər arasında HarmonyOS əməliyyat sisteminin istifadəyə verilməsinə hazı..

×