main-post-cover

    Android 12-də sürətli tərcümə funksiyası reallaşdırılacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    01.04.2021
    Emil Nəcəfov
        Android 12-nin tərtibatçılar üçün nəzərdə tutulmuş yeni beta versiyasında Google Lens Translate adlı yeni tərcümə funksiyası aşkar edilib. Həmin funksiya vasitəsilə istifadəçilər Android 12-də istənilən dildə sürətli tərcüməni reallaşdıra biləcəklər. Bu barədə Androidpolice saytı xəbər verib. Mütəxəssislər sözügedən yeni funksiyanı Android 12 Developer Preview 2.1 versiyasında aşkar ediblər və onun screenshotlarını paylaşıblar. Təqdim olunmuş screenshotlarda yeni tərcümə funksiyasının çalışma prosesi əks olunub.
        Beləliklə smartfon ekranında hansısa xarici dildə məlumat əks olunsa onu bir düyməyə klikləməklə tərcümə etmək mümkün olacaq. İstifadəçi ekran üzərində aşağıdan yuxarı swype etsə və barmağını ekran üzərində bir neçə saniyə saxlasa, ona mətnin alt hissəsində tərcümə etmək düyməsi təqdim olunacaq.Tərcümə düyməsinin alt hissəsində isə tərcümə olunmuş mətnlə nə etmək lazım olduğunu seçmək üçün 2 funksiya ortaya çıxacaq: Ekranın screenshotunu çəkmək və ya mətnin bir hissəsini seçmək. Mütəxəssislərin fikirlərinə əsasən bu yeni funksiya təkcə Android 12-də deyil həmçinin əvvəlki Android versiyalarında da reallaşdırılacaq.
    Linki kopyala