Android 12-ni əldə edəcək Samsung cihazlarının siyahısı internetdə ortaya çıxıb

Android 12-ni əldə edəcək Samsung cihazlarının siyahısı internetdə ortaya çıxıb

Əməliyyat sistemləri
24.05.2021 PAYLAŞIM

    Samsung şirkəti hələ One UI 4.0 istifadəçi interfeysini təqdim etməsə də Android 12-ni əldə edəcək Galaxy smartfonları ilə planşetlərinin siyahısı internetdə ortaya çıxıb. Ortaya çıxmış siyahıda bir xeyli smartfon modeli mövcuddur. Flaqman smartfonlardan tutmuş orta büdcəli modellərə kimi. İnsayderlərin verdikləri məlumata əsasən Samsung-un 60-dan çox smartfon modeli Android 12-ni əldə edə bilər. Qeyd etmək lazımdır ki, şirkətin hal hazırki strategiyasına əsasən Samsung smartfonlarındakı əməliyyat sistemi dəstəyi 3 il təşkil edir. Bu isə o deməkdir ki, smartfonlar satışa çıxdıqları vaxtdan 3 il ərzində yeni Android versiyasını əldə etməlidirlər. Beləliklə internetdə ortaya çıxmış siyahı aşağıdakı kimidir: 

- Galaxy S seriyası: Galaxy S21 Ultra, Galaxy S21+, Galaxy S21, Galaxy S20 Ultra, Galaxy S20+, Galaxy S20, Galaxy S20 FE, Galaxy S10 5G, Galaxy S10, Galaxy S10+, Galaxy S10e, Galaxy S10 Lite


- Galaxy Note seriyası: Galaxy Note 20 Ultra, Galaxy Note 20, Galaxy Note 10+, Galaxy Note 10, Galaxy Note 10 Lite

- Qatlana bilən Galaxy Z seriyası: Galaxy Fold, Galaxy Z Fold 2 5G, Galaxy Z Flip, Galaxy Z Flip 5G

- Galaxy A seriyası: Galaxy A71 5G, Galaxy A71, Galaxy A51 5G, Galaxy A51, Galaxy A52, Galaxy A52 5G, Galaxy A72, Galaxy A90 5G, Galaxy A01, Galaxy A11, Galaxy A31, Galaxy A41, Galaxy A21, Galaxy A21s, Galaxy A Quantum, Galaxy Quantum 2, Galaxy A42 5G, Galaxy A02, Galaxy A02s, Galaxy A12, Galaxy A32, Galaxy A32 5G

- Galaxy M seriyası: Galaxy M42 5G, Galaxy M12, Galaxy M62, Galaxy M02s, Galaxy M02, Galaxy M21, Galaxy M21s, Galaxy M31, Galaxy M31 Prime Edition, Galaxy M51, Galaxy M31s

- Galaxy F seriyası: Galaxy F41, Galaxy F62, Galaxy F02s, Galaxy F12

- Galaxy Xcover seriyası: Galaxy Xcover Pro, Galaxy Xcover 5

- Galaxy Tab planşetləri: Galaxy Tab S7+, Galaxy Tab S7, Galaxy Tab S6 5G, Galaxy Tab S6, Galaxy Tab S6 Lite, Galaxy Tab A 8.4, Galaxy Tab A7, Galaxy Tab Active 3.

    Qeyd etmək lazımdır ki, Samsung şirkəti Android 12-ni əldə edəcək cihazlarını hələ rəsmi şəkildə təsdiqləməyib. Android 12-nin stabil versiyasının istifadəyə verilməsindən sonra şirkət yeni əməliyyat sistemini dəstəkləyəcək cihazlarının siyahısında dəyişikliklər edə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×