Android 12-nin ilk beta versiyasını əldə edəcək smartfonlar məlum olub

Android 12-nin ilk beta versiyasını əldə edəcək smartfonlar məlum olub

Əməliyyat sistemləri
19.05.2021 PAYLAŞIM

    Android 12-nin təqdim olunmasından sonra onun ilk beta versiyası Google Pixel smartfonları üçün aktiv oldu. Lakin yaxın zamanda digər brend smartfonların istifadəçiləri də yeni əməliyyat sistemini test edə biləcəklər. Artıq hansı kənar brend smartfonların ilk Android 12 beta versiyasını əldə edəcəkləri məlum olub. Hər il olduğu kimi Android 12-nin ilk beta versiyasını ilk öncə Google Pixel smartfonları əldə edirlər. Bu il də istisna olmayıb. Android 12-nin ilk beta versiyasını əldə edən Pixel modelləri aşağıdakı kimidir:

- Pixel 3, Pixel 3 XL


- Pixel 3a, Pixel 3a XL

- Pixel 4, Pixel 4 XL

- Pixel 4a, Pixel 4a 5G

- Pixel 5.

    Sözügedən Pixel modellərinin istifadəçiləri beta test proqramı üçün qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan sonra bu smartfonların istifadəçiləri əməliyyat sisteminin avtomatik yenilənməsi imkanını əldə edəcəklər. Əvvəlki illərdə olduğu kimi kənar brendlərin smartfonları da yeni əməliyyat sisteminin ilk beta versiyasını əldə edəcəklər. Hal hazırda təsdiqlənmiş smartfonlar aşağıdakı kimidir:

- Asus ZenFone 8

- iQOO 7 Legend

- OnePlus 9, OnePlus 9 Pro

- OPPO Find X3 Pro

- Realme GT

- Nokia X20

- Xiaomi Mi 11, Mi 11 Ultra, Mi 11i, Mi 11X Pro

- Redmi K40 Pro

- ZTE Axon 30 Ultra 5G.

    OnePlus Realme smartfonları üçün ilk beta versiya bugün aktiv olacaq. Siyahıda qeyd olunmuş Xiaomi smartfonlarının istifadəçiləri isə onu artıq yükləyə bilərlər. Digər modellərin isə ilk beta versiyanı nə zaman əldə edəcəkləri barəsində məlumat verilməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...


macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sis..

×