main-post-cover

    Google şirkəti Android 12-ni rəsmi şəkildə təqdim edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    18.05.2021
    Farid Pardashunas
        Google tərəfindən tərtibatçılar üçün keçirilmiş Google I/O 2021 tədbiri çərçivəsində Android 12 əməliyyat sisteminin rəsmi təqdimatı baş tutub. Yeni əməliyyat sistemində şirkət əsas diqqətini konfidensiallığa və istifadəçi interfeysinə ayırıb. Android 12-ni əvvəlki versiyalardan fərqləndirən əsas özəllik onun Material You adlı yeni dizayn tərzinə keçid etməsidir. Bu dizaynın əsas fərqliliyi ondan ibarətdir ki, o, hər bir istifadəçi üçün personal özəlliklər təklif edir. İdeyanın məğzi ondadır ki, sistem smartfon ekranına quraşdırılmış temanı analiz edir və təsvirdə olan rəng üstünlüklərinə əsasən əməliyyat sisteminin tərzini dəyişir. Bu səbəbdən də əməliyyat sistemi müxtəlif cihazlarda müxtəlif tərzdə görünəcək.
        Google həmçinin bildirib ki, Android 12 əvvəlki versiyalar ilə müqayisədə daha axıcı olub. Bununla yanaşı Android 12-də animasiyalar radikal şəkildə emal olunublar. Əməliyyat sisteminin çalışma sürətini yüksəltmək üçün isə tərtibatçılar müəyyən optimizasiya işləri aparıblar. Nəticədə sistem servislərinin mərkəzi prosessora yüklənmələrini 22%, CPU-nun güclü nüvələrinin istifadəsini isə 15% azaltmaq mümkün olub. Buna görə də smartfonun blokdan çıxarılması, bildirişlərin silinməsi və digər əməliyyatlar bir qədər daha sürətlə reallaşacaqlar. Android 12 üçün bir sıra klassik Google vidjetləri yenidən emal olunub və bununla yanaşı tamamilə yeni vidjetlər də yaradılıb. Bu, saatı, hava haqqında proqnozu və digər özəllikləri əhatə edən vidjetlərə də aiddir.
        Məsələn yaradılmış vidjetlərdən birində çatlardakı mesajlar və istifadəçinin digər kontaktlarla sonuncu aktivlikləri əks olunurlar. Smartfon blokda olan zaman əgər onun ekranında bildiriş əks olunmursa saat vidjetinin ölçüsü böyümüş olur. Sürətli ayarlar mərkəzi də dəyişikliklərə uğrayıb. Belə ki, həmin bölmədə kompakt ikonlar əvəzinə böyük düymələr əks olunurlar. Ayarlar bölməsinə yeni konfidensiallq mərkəzi əlavə edilib. Bu mərkəzdə hansı tətbiqin nə zaman müəyyən funksionallıqdan istifadə icazəsini əldə etdiyini izləmək olar. Buna misal olaraq tətbiqlərin kamera. mikrofon və kontakt məlumatlarından istifadəni gətirmək olar.
    Android 12
        Sürətli ayarlar menyusunda kamera ilə mikrofonun tamamilə deaktiv edilməsi funksiyası reallaşdırılıb. Həmin funksiyaya klikləyəndən sonra tətbiqlər onlardan istifadə edə bilməyəcəklər. Bundan əlavə olaraq əgər hansısa tətbiq kamera və mikrofondan istifadə edirsə, istifadəçi ekranın yuxarı sağ küncündə ortaya çıxacaq xüsusi ikon vasitəsilə bundan xəbərdar olacaq. Android 12-də reallaşdırılmış xüsusi funksiya sayəsində smartfonu avtomobil üçün rəqəmsal açara çevirmək də olar. Android 12-nin beta versiyası Google Pixel smartfonları üçün artıq aktivdir. Yaxın zamanda yeni əməliyyat sisteminin ilk beta versiyasını Asus, OnePlus, OPPO, Realme, Sharp, Vivo, Xiaomi, ZTE kimi smartfonların istifadəçiləri də test edə biləcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər