main-post-cover

    Android 12-nin nə zaman təqdim olunacağı barəsində məlumat verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    11.02.2021
    Emil Nəcəfov
        Bir neçə gün bundan öncə XDA-Developers saytı Android 12 əməliyyat sisteminin ilk fotolarını təqdim etmişdi. İndi isə bu əməliyyat sisteminin nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən Google şirkəti Android 12 Developer Preview versiyasını 17 fevral tarixində təqdim edəcək. Qeyd etmək lazımdır ki, Android 11 Developer Preview keçən il 19 fevral tarixində təqdim olunmuşdu
         İnsayderlərin məlumatlarına inansaq, Android 12-nin stabil versiyası 2 sentyabr tarixində istifadəyə veriləcək. Vaxtı ikən Android 10 3 sentyabr, Android 11 isə 8 sentyabr tarixində istifadəyə verilmişdi. Qeyd etmək lazımdır ki, Android 12 yenilənmiş interfeys ilə bildirişlər panelini əldə etməlidir. Belə ki, əməliyyat sisteminin yeni versiyasında bildirişlər paneli şəffaf dizaynda reallaşdırılmayacaq. Bununla yanaşı Android 12-də əlavə konfidensiallıq funksiyalarının reallaşdırılması və onunla bağlı ayarların bir menyuda cəmləşdirilməsi gözlənilir. 
    Linki kopyala