main-post-cover

    Android 14-də bildiriş barəsində yeni üsul vasitəsilə xəbərdar olmaq mümkün olacaq

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    31.08.2023
    Emil Nəcəfov
        Android 14-ün beta versiyasında daxil olan bildirişlərdən xəbərdar olmaq üçün nəzərdə tutulmuş yeni funksiya istifadəyə verilib. Hətta smartfon səssiz rejimdə olsa belə istifadəçi daxil olan bildiriş barəsində yeni funksiya vasitəsilə xəbərdar olacaq. Belə ki, daxil olan bildirişdən xəbərdar olmaq üçün smartfonun iki komponentindən birini aktivləşdirmək mümkün olacaq. Söhbət, ekrandan və smartfonun arxa panelindəki LED işıqlandırmadan gedir.
        Sözügedən yeni funksiya ayarlardakı xüsusi imkanlar bölməsində aşkar edilib. Bildirişlərdən xəbərdar olmaq üçün LED işıqlandırmanın istifadəsi əsasən smartfonun tez-tez ekranı üzərində yerləşməsi halında faydalı ola bilər. Bildirişlərdən xəbərdar olmaq üçün ekranın istifadəsi halında isə sistem xəbərdarlığın əks olunması istiqamətində 12 rəngdən birini seçməyi təklif edir. Hal hazırda bu yeni funksiya yalnız Android 14-ün beta versiyasında aktivdir. Gözləntilərə əsasən Android 14-ün stabil versiyasının istifadəyə verilməsi ilə o, müasir smartfonların əksəriyyətində aktiv olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər