Logo
    main-post-cover

    Android 14-də interfeys dizaynını ayarlamaq üçün yeni funksiya istifadəyə veriləcək

        Android əməliyyat sistemində demək olar istənilən dizayn elementini ayarlamaq olar. Lakin Android 14 bu mövzuda istifadəçiləri təəccübləndirməyi bacaracaq. Belə ki, mütəxəssislər Android 14-ün kodunda interfeys dizaynının ayarlanması üzrə yeni imkan aşkar ediblər. Aşkar edilmiş imkan animasiyalı fon ilə bağlıdır. Android cihazlarda animasiyalı fonları quraşdırmaq əvvəllər də mümkün idi. Lakin quraşdırılmış animasiyalı fon avtomatik şəkildə həm ana ekrana və həm də blok ekranına bağlı qalırdı.
        İndi isə məlum olub ki, Android 14-də olacaq yeni funksiya ana ekran və blok ekranı üçün fərqli animasiyalı fonlar təyin etməyə imkan verəcək. Bu funksiya Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş versiyası olan Android 14 Developer Preview-da aşkar edilib. Lakin o, əməliyyat sisteminin ictimai beta test versiyasında deaktivdir. Mütəxəssislərin fikirlərinə əsasən bu funksiya ilk növbədə Google şirkətinin yeni Pixel smartfonları ilə planşetlərində istifadəyə veriləcək. Müəyyən müddətdən sonra isə yeni funksiya digər brendlərin smartfonlarında aktivləşdiriləcək.
    Paylaş
    Bənzər xəbərlər