Android 14-də köhnəlmiş tətbiqlərin quraşdırılması bloklanacaq
Əməliyyat sistemləri
24.01.2023
Emil Nəcəfov
Bu il təqdim ediləcək Android 14-ün beta versiyasının kodunda yeni təhlükəsizlik qaydası aşkar edilib. Aşkar edilmiş yeni təhlükəsizlik qaydası mobil tətbiqlərin quraşdırılmasını əhatə edir. İnsayderlərin vermiş olduqları məlumata əsasən Android 14-dəki yeni təhlükəsizlik qaydası əməliyyat sisteminə köhnəlmiş tətbiqlərin quraşdırılmasını qadağan edəcək. Bu həm Google Play-dən həm də kənar resurslardan APK faylların yüklənməsi üsulu ilə quraşdırılması nəzərdə tutulmuş köhnəlmiş tətbiqləri əhatə edəcək.
Android 14-ün beta versiyasının kodunda aşkar edilmiş məlumata əsasən yeni əməliyyat sistemi API-ya olan tələbləri sərtləşdirəcək. Beləliklə sistem daha köhnə Android versiyaları üçün hazırlanmış proqram təminatlarının quraşdırılmasını bloklayacaq. Söhbət, Andorid 6.0 Marshmallow və ondan daha əvvəlki Android versiyaları üçün hazırlanmış tətbiqlərdən gedir. Bununla belə yeni əməliyyat sisteminin kodunda məhdudlaşdırıcı sistemin genişləndirilməsi imkanı da var.
Buna görə də gələcəkdə yeni Android versiyalarında köhnəlmiş tətbiqlərin quraşdırılması məsələsində daha sərt tədbirlər reallaşdırıla bilər. Google tərəfindən atılmış bu cür addım öz növbəsində əməliyyat sistemini müxtəlif təhlükələrdən qorumalıdır. Qeyd etmək lazımdır ki, bəzi zərərli proqram təminatları məhz köhnə Android versiyaları üçün nəzərdə tutulub. Gözləntilərə əsasən yeni əməliyyat sisteminə köhnəlmiş tətbiqləri tərtibatçılar üçün nəzərdə tutulmuş xüsusi proqram təminatları vasitəsilə quraşdırmaq mümkün olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei nova 13 və nova 13 Pro təqdim olunub - QİYMƏTİ
14 yaşlı bir uşağın ölümündə süni intellekt günahkar görülüb!