main-post-cover

    Android Go-nun aşağı büdcəli smartfonlar üçün texniki tələbləri yüksəlib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    12.09.2022
    Farid Pardashunas
        Android əməliyyat sisteminin Go Edition versiyası zəif texniki özəlliklərə sahib smartfonlar üçün nəzərdə tutulub. Lakin Google şirkəti bu il sözügedən əməliyyat sistemi versiyasının texniki tələblərini yüksəltmək qərarına gəlib. Şirkət öz rəsmi bloqunda aşağı büdcəli smartfonların Android Go-nu əldə etmələri üçün hansı yeni özəlliklərə sahib olmalı olduqlarını qeyd edib. Beləliklə bundan sonra aşağı büdcəli smartfonların Android 13 Go vasitəsilə çalışmaları üçün minimum 2 GB RAM ilə təchiz olunmalıdırlar. Tələb olunan bu göstərici 2020-ci ildə tələb olunmuş göstəricidən 4 dəfə yüksəkdir.
        Bununla yanaşı Google təmsilçisinin verdiyi məlumata əsasən bu cür smartfonların daxili yaddaş həcmləri minimum 16 GB təşkil etməlidir. Lakin bu kriteriya hələ rəsmi şəkildə təsdiqlənməyib. Avqust ayında Protocol adlı sayt bildirmişdi ki, Google şirkəti smart televizor və canlı yayımların təşkili üçün nəzərdə tutulmuş mediaplayerlərin istehsalçılarına 16 GB və ya daha yuxarı daxili yaddaşa sahib məhsullar istehsal etməyi məsləhət görür. Bu isə o deməkdir ki, böyük ehtimal ilə Android Go-nun yeni versiyalarını əldə etmək üçün aşağı büdcəli smatfonlar da 16 GB və ya daha yuxarı daxili yaddaş həcmi ilə təchiz olunmalı olacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər