main-post-cover

    Apple Music, TV və Devices tətbiqləri Windows 11-də istifadəyə verilib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    15.01.2023
    Farid Pardashunas
        Windows 11-də Apple şirkətinin bəzi tətbiqlərinin test versiyaları istifadəyə verilib. Söhbət, Apple Music, TV Devices tətbiqlərindən gedir. Apple TV-nin Windows 11 üçün nəzərdə tutulmuş ilkin versiyası tətbiqin smart televizorlar üçün olan versiyasındakı funksionallığı özündə birləşdirir. Windows istifadəçiləri onun sayəsində iTunes-dakı filmləri və digər kontentləri izləyə bilərlər. İzlənilən kontentlərin görüntü keyfiyyətlərində isə heç bir məhdudiyyət yoxdur. Hətta Windows istifadəçiləri üçün HDR-lı 4K videolar da aktivdir. Apple Music-in Windows versiyası macOS-dakı versiya ilə eynidir. İstisna olaraq onu qeyd etmək lazımdır ki, Windows istifadəçiləri musiqilərin mətnlərini oxumaq funksiyasından məhrumdurlar.
        Windows istifadəçiləri həmçinin Music və iTunes-dakı fərdi musiqi siyahılarına daxil ola bilərlər. Yeni imkanı test etmiş istifadəçilər bildiriblər ki, iTunes kompüterdə Apple Music-in və ya Apple TV-nin olduğunu təyin edən zaman öz aktivliyini dayandırır. Windows 11-də istifadəyə verilmiş Apple Devices tətbiqi isə iTunes-un bəzi funksiyalarını öz üzərinə götürür. Belə ki, Apple Devices faylların ehtiyat kopyalarını yarada, Apple cihazlarında sistem yenilənmələrini bərpa edə və lokal media faylları sinxronlaşdıra bilir. Qeyd etmək lazımdır ki, istifadəyə verilmiş hər 3 tətbiq yalnız Windows 11-də çalışır və onlar bəzi regionlarda artıq aktivdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər