Apple Siri səsli köməkçisinin imkanlarını genişləndirəcək

Apple Siri səsli köməkçisinin imkanlarını genişləndirəcək

Əməliyyat sistemləri
16.05.2023 PAYLAŞIM

    Siri səsli köməkçilərin reytinqində elə də yüksək yeri tutmur. Lakin Bloomberg-in insayderi Mark Gurman-ın sözlərinə əsasən yaxın zamanda bu vəziyyət dəyişəcək. Belə ki, Apple öz səsli köməkçisinin imkanlarını genişləndirməyi hədəfləyib. Məlumata əsasən şirkət onun aktivləşdirilməsi üsulunun dəyişdirilməsindən başlayacaq. Hal hazırda Siri-nin işə salınması üçün istifadəçi “Hey, Siri” səsli əmrini verməlidir. Lakin Apple şirkəti səsli köməkçinin yalnız “Siri” səsli əmri vasitəsilə işə düşməsini reallaşdırmaq istəyir.

    İlk baxışdan bu elə də böyük bir yenilik kimi görünməsə də, onu reallaşdırmaq üçün Apple səs tanıma modelini sıfırdan təlimatlandırmalı və onun çalışma dəqiqliyini yüksəltməli olacaq. Digər yenilik isə Siri-nin kənar tətbiqlərə daha sıx inteqrasiyası olacaq. Məsələn Siri hansısa tətbiqin işə salınmasına ehtiyac duymadan onun daxilindəki müəyyən əməliyyatı yerinə yetirə biləcək. Bəzi məlumatlara əsasən yenilənmiş Siri artıq gələn il istifadəyə veriləcək.




DAHA ÇOX


Samsung-un yeni OneUI 6 istifadəçi interfeysi barəsində məlumatlar verilib

Samsung şirkəti Android 14 əsasında hazırlanmış OneUI 6 istifadəçi interfeysinin beta versiyasını is..


Intel prosessorlu köhnə Apple kompüterləri macOS Sonoma-nın bəzi imkanları dəstə..

Apple şirkətinin bütün yeni kompüterləri Apple M seriyasına daxil olan prosessorlar ilə təchiz olunu..


iOS 17 ilə iPadOS 17-ni əldə edəcək cihazların rəsmi siyahısı təqdim edilib..

iOS 17 ilə iPadOS 17-nin təqdimatından sonra Apple şirkəti bu əməliyyat sistemlərini əldə edəcək cih..


Apple watchOS 10 əməliyyat sistemi təqdim edilib

iOS 17 və iPadOS 17 ilə birlikdə Apple şirkəti öz smart saatları üçün nəzərdə tutulmuş watchOS 10-u ..


Apple iPadOS 17 əməliyyat sistemi təqdim edilib

iOS 17 ilə yanaşı Apple şirkəti həmçinin iPadOS 17-ni də təqidm edib.


Apple macOS Sonoma əməliyyat sistemi təqdim edilib

Apple şirkəti WWDC 2023 konfransı çərçivəsində Mac kompüterləri üçün nəzərdə tutulmuş macOS 14 Sonom..

×