
Apple şirkəti bu ilki watchOS 10 əməliyyat sistemində ciddi dəyişikliklər reallaşdıracaq
Əməliyyat sistemləri
04.04.2023
Emil
Bloomberg saytının insayderi Mark Gurman Apple Watch smart saatlarında istifadə edilən watchOS əməliyyat sisteminin növbəti versiyası barəsində məlumat verib. Söhbət, watchOS 10-dan gedir. İnsayderin sözlərinə əsasən Apple uzun illərdən sonra ilk dəfə watchOS 10-da ciddi dəyişikliklər reallaşdıracaq. Sözügedən əməliyyat sisteminin konkret olaraq hansı dəyişiklikləri və funksiyaları əldə edəcəyi barəsində insayder bir məlumat verməyib. Güman etmək olar ki, watchOS 10 yeni funksiyalar ilə yanaşı həmçinin yeni istifadəçi interfeysini də əldə edəcək. Qeyd etmək lazımdır ki, şirkət watchOS 10-u iyun ayında keçiriləcək WWDC 2023 konfransı çərçivəsində təqdim edəcək. iOS 17-nin də həmin konfransda təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər