
ASUS smartfonlarının Android 13-ü nə zaman əldə edəcəkləri məlum olub
Əməliyyat sistemləri
14.11.2022
Emil
ASUS şirkəti öz smartfonlarının aktual olan Android 13-ə kimi yenilənmələri üzrə yol xəritəsini təqdim edib. Beləliklə məlumatda qeyd edilib ki, ASUS Zenfone ilə yanaşı Android 13-ü həmçinin ASUS ROG Phone seriyasına daxil olan gamer smartfonlar da əldə edəcəklər. Məlumata sasən bəzi smartfonlar Android 13-ü gələn il əldə edəcəklər. Beləliklə ASUS smartfonlarının bu il və gələn il üçün Android 13-ü əldə edəcəkləri qrafik aşağıdakı kimidir:
- ASUS Zenfone 9 - gələn ay
- ASUS Zenfone 8 - 2023-cü ilin yanvar ayı
- ASUS ROG Phone 6D və 6D Ultimate - 2023-cü ilin birinci rübü (yanvar-mart)
- ASUS ROG Phone 6 və 6 Pro - 2023-cü ilin birinci rübü (yanvar-mart)
- ASUS ROG Phone 5 və 5S - 2023-cü ilin ikinci rübü (aprel-iyun).
Şirkət qeyd edib ki, smartfonlar üçün aktual əməliyyat sistemi yenilənməsinin təqdim edilməsini əhatə edən tarixlər regionlar üzrə dəyişir. Gözləntilərə əsasən ASUS smartfonları Andorid 13 ilə yanaşı həmçinin yenilənmiş Zen UI və ROG UI istifadəçi interfeyslərini əldə edəcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
