Bəzi brendlərin müəyyən cihazları üçün Android 14-ün beta versiyası istifadəyə verilib

Bəzi brendlərin müəyyən cihazları üçün Android 14-ün beta versiyası istifadəyə verilib

Əməliyyat sistemləri
11.05.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Google şirkəti Android 14-ün beta versiyasını Pixel smartfonları üçün təqdim etmişdi. Digər smartfon istehsalçıları bu məsələdə biraz ləng çalışsalar da, onlardan bəziləri müəyyən smartfonları üçün Android 14-ün beta versiyasını istifadəyə veriblər. İndi isə bu cür smartfonların siyahısı təqdim edilib.

    Qeyd etmək lazımdır ki, siyahıda olan smartfonlar üçün istifadəyə verilmiş Android 14 beta versiyası gündəlik istifadə üçün nəzərdə tutulmayıb. Belə ki, beta versiya özündə hələ bir sıra səhvləri birləşdirir və ilk növbədə tərtibatçılar üçün nəzərdə tutulub. Bundan əlavə olaraq beta versiya funksionallıq baxımından məhdudiyyətlərə də sahibdir. Bununla belə beta versiyanın təqdim edilməsi istehsalçıların siyahıdakı smartfonlar üçün stabil Android 14 üzərində çalışdıqlarını əks etdirir. Beləliklə Android 14-ün beta versiyasını əldə etmiş cihazlar bunlardır.


- iQOO 11

- vivo X90 Pro

- TECNO Camon 20

- Xiaomi Pad 6

- OnePlus 11

- Nothing Phone (1)

- OPPO Find N2 Flip

- Lenovo Tab Extreme

- Xiaomi 13

- Xiaomi 12T

- Xiaomi 13 Pro.

    Nəzərə çatdırmaq lazımdır ki, lazımi səviyyədə təcrübə olmadan Android 14-ün beta versiyasının cihaza quraşdırmaq cəhdi nəticədə cihazda problemlərin yaranmasına səbəb ola bilər. Buna görə də bu mövzuda təcrübəyə sahib olmayan istifadəçilərin stabil Android 14-ü gözləmələri məsləhət görülür.



DAHA ÇOX


Android 14 smartfon batareyası barəsində daha ətraflı məlumatı əldə etməyə imkan..

İnsayderlər Android 14-ün beta versiyalarını analiz edərək yeni funksiyaları aşkar etməyə davam edir..


Android istifadəçiləri nəyə görə aktiv şəkildə iOS-ə keçid edirlər?

Consumer Intelligence Research Partners (CIRP) analitik şirkətinin bir neçə həftə bundan öncə təqdim..


Apple iOS 16-nın istifadəçilər arasındakı statistikasını təqdim edib

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək və 9 iyuna kimi davam edəcək...


Windows 11-də vidjetlər vasitəsilə kompüter sistemini monitorinq etmək mümkün ol..

Microsoft Dev Home tətbiqinin ilkin versiyasında kompüterin mərkəzi prosessorunun, RAM-nın və videok..


MIUI 14-ün stabil versiyası Xiaomi-nin daha 7 smartfonu üçün istifadəyə veriləcə..

Xiaomi yaxın zamanda MIUI 14-ün stabil versiyasını daha 7 smartfon üçün istifadəyə verəcək. ..


Android 14 istənilən smartfonu veb kameraya çevirmək imkanına sahib olacaq

İnsayderlər Android 14-ün beta versiyasında yeni funksiyalar aşkar etməyə davam edirlər.

×