Əməliyyat sistemlərinin bazar payı açıqlandı: Windows XP hələ ölməyib

Əməliyyat sistemlərinin bazar payı açıqlandı: Windows XP hələ ölməyib

Əməliyyat sistemləri
06.09.2020 PAYLAŞIM

        İstifadə etdiyimiz bütün elektronik cihazlar əməliyyat sisteminə malikdir. Ən çox tanış olanları isə Windows MacOS sistemləridir. NetMarketShare tərəfindən verilən statistik məlumatlara əsasən hal-hazırda əməliyyat sistemlərinin bazar payları məlum oldu. Verilən statistik məlumatlara əsasən ən böyük bazar payına malik olan əməliyyat sistemi 2015-də Microsoft tərəfindən yayımlanan Windows 10-dur. Windows 10-un ümumi bazar payı isə 56.42%-dir. 

2-ci ən çox istifadə edilən əməliyyat sistemi isə Windows 7-dir. Bazar payı isə %26,03-dir.


        NetMarketShare-in verdiyi məlumatlarda Microsoft-un əfsanəvi əməliyyat sistemi olan Windows XP də yerləşir. 19 yaşı tamam olan sistemin bazar payı isə 1.26%-dir. Qeyd edək ki, bu rəqəmlər Windows 8 (0.57%), ChromeOS (0.42%) Vista (0.12%) ilə müqayisə etdikdə kifayət qədər çoxdur. Bir digər statistik məlumat isə dünyada 2 milyarddan daha çox kompüter var. Bu nisbət ilə hesablasaq ortaya çıxır ki, hələ də 25.2 milyon kompüterdə Windows XP istifadə edilir. Həmçinin onu da bildirək ki, 2014-cü ildə Windows XP üçün dəstək kəsilib. Bu siyahı da Apple-a məxsus olan MacOS-da yerləşir. MacOS X 10.15 versiyası 3.49%-lik bazar payına malikdir. 4-cü sırada isə 3.21% ilə Windows 8.1 yerləşir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple şirkəti köhnə iPhone modellərini iOS 15-in eksklüziv funksiyalarından məhr..

iOS 15 əməliyyat sisteminin iPhone 6s modeli üçün də təqdim olunacağına baxmayaraq onun bir çox funk..


Nvidia şirkəti Windows 7, 8 və 8.1 üçün qrafik drayverlərin dəstəyini dayandıra..

Nvidia şirkəti Windows 7, 8 və 8.1 əməliyyat sistemləri ilə uyğunlaşan son videokart drayverlərinin ..


Microsoft yeni videosunda növbəti Windows-un adına işarə edib (VİDEO)

24 iyun tarixində baş tutacaq yeni Windows versiyasının təqdimatına az müddət qalmış Microsoft şirkə..


İnsayderlər: Windows 11 Android tətbiqləri işə sala biləcək

24 iyun tarixində Microsoft şirkəti Windows ilə bağlı böyük təqdimat tədbiri keçirdəcək...


Apple şirkəti iOS 15-ə keçid etmək istəməyən istifadəçiləri dəstəkləməyə davam e..

Yenicə təqdim olunmuş iOS 15-in stabil versiyası hələ payız fəslində istifadəyə veriləcək...


iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub..

Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi...

×