Logo
    main-post-cover

    Galaxy A33 5G smartfonu üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Əməliyyat sistemləri
    11.11.2022
    Emil
        Bir neçə müddət bundan öncə Samsung şirkəti Galaxy A53 smartfonu üçün Android 13-ün stabil verisyasını istifadəyə vermişdi. İndi isə əməliyyat sistemi həmçinin Galaxy A33 5G smartfonu üçün də istifadəyə verilib. Galaxy A33 5G üçün Android 13-ün stabil versiyası oktyabr ayının təhlükəsizlik yenilənməsi ilə birlikdə təqdim olunub. Android 13 ilə yanaşı smartfon yeni OneUI 5.0 istifadəçi interfeysini də əldə edib. Yenilənmə 2 GB həcmindədir və Avropadakı bəzi istifadəçilər artıq onu əldə etməyə başlayıblar. Görünür, əməliyyat sistemi yenilənməsi istifadəçilər arasında tədricən yayılır və yaxın zamanda bütün istifadəçilərdə aktiv olacaq. Siz smartfonunuzun ayarlar bölməsində əməliyyat sistemi yenilənməsinin aktiv olub-olmadığını izləyə bilərsiniz.
    Paylaş
    Bənzər xəbərlər