Logo
    main-post-cover

    Galaxy S21 smartfonları üçün Android 13-ün stabil versiyası istifadəyə verilib

    Əməliyyat sistemləri
    07.11.2022
    Emil
        İstifadəyə verilmiş bir neçə beta versiyadan sonra Samsung sonunda Galaxy S21 smartfonları üçün Android 13-ün stabil versiyasını anons edib. Android 13-ün stabil versiyası Avropada Galaxy S21, S21+ və S21 Ultra modelləri üçün istifadəyə verilib. Əməliyyat sistemi yenilənməsi adəti üzrə tədricən reallaşdırılır və Galaxy S21 smartfonlarının istifadəçiləri üçün müəyyən müddət ərzində aktiv olacaq. Əgər sizin Galaxy S21 smartfonunuza hələ də Android 13 yenilənməsi gəlməyibsə, bir qədər gözləməli olacaqsınız. Hər halda siz smartfonunuzun ayarlar bölməsində əməliyyat sistemi yenilənməsinin aktiv olub-olmadığını yoxlaya bilərsiniz. Android 13 yenilənməsi ilə Galaxy S21 smartfonları yeni OneUI 5 istifadəçi interfeysini əldə ediblər. OneUI 5 öz növbəsində istifadəçiyə yenilənmiş interfeysi, yeni funksiyaları, yenilənmiş tətbiqləri, daha üst səviyyəli təhlükəsizliyi və konfidensiallığı təqdim edir.
    Paylaş
    Bənzər xəbərlər