Logo
    main-post-cover

    Galaxy Z Fold 4 və Z Flip 4 üçün Android 13 istifadəyə verilib

    Əməliyyat sistemləri
    11.11.2022
    Emil
        Samsung şirkəti öz smartfonları üçün Android 13 yenilənməsini təqdim etməyə davam edir. Bu dəfə əməliyyat sisteminin stabil versiyasını qatlana bilən Galaxy Z Fold 4Z Flip 4 smartfonları əldə ediblər. Əməliyyat sistemi yenilənməsi sözügedən smartfonların ABŞ-dan olan istifadəçiləri üçün artıq aktivdir. Qeyd etmək lazımdır ki, ABŞ-dan olan istifadəçilər sözügedən smartfonlar üçün Android 13-ün test olunmasında aktiv iştirak ediblər. Yaxın zamanda bu qatlana bilən smartfonların digər regionlardan olan istifadəçiləri də Android 13-ü əldə edəcəklər. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 4 və Z Flip 4 üçün Android 13-ün stabil versiyası Google şirkətinin bu aykı təhlükəsizlik yenilənməsi ilə birlikdə təqdim edilib. Samsung tərtibatçıları qatlana bilən smartfonlara Android 13 ilə yanaşı yeni OneUI 5.0 istifadəçi interfeysini də əlavə ediblər.
    Paylaş
    Bənzər xəbərlər