
Google Android 14-də kənar tətbiq mağazalarının dəstəyini yaxşılaşdıracaq
Əməliyyat sistemləri
21.02.2023
Emil
Android əməliyyat sistemi mobil proqram təminatı üzrə kənar mənbələrə sadiq münasibəti ilə məşhurdur. Lakin yaxın zamanda kənar tətbiq mağazalarının dəstəyi tamamilə yeni səviyyəyə yüksələ bilər. XDA-Developers saytının vermiş olduğu məlumata əsasən Google şirkəti tətbiqlərin Android-ə çatdırılması servislərinin geniş inteqrasiyası proqramı üzərində çalışır. Bu, faktiki olaraq kənar tətbiqləri Google Play-də mövcud olan tətbiqlərlə eyni səviyyəyə yüksəldəcək. Hal hazırda Android istifadəçiləri F-Droid adlı kənar tətbiqlər kataloqundan və ya digər mənbələrdən tətbiqlərin APK fayllarını yükləmə imkanına sahibdirlər.
Lakin tətbiqlərin yenilənmələri yalnız Google Play üzərindən reallaşdırılmalıdır. Bu il istifadəyə veriləcək Android 14-ün tərtibatçılar üçün nəzərdə tutulmuş test versiyası yeni API əldə edib və həmin API kənar tətbiqlər mağazasına yenilənmə kanalını əldə edərək tətbiqlərin əsas mənbəyinə çevrilməsinə imkan verir. Sistem daxilində müvafiq icazəni kənar tətbiqlər mağazasından yüklənmiş bu və ya digər tətbiqin quraşdırılma prosesi zamanı vermək mümkün olacaq. İcazənin verilməsindən sonra quraşdırılmış tətbiq avtomatik şəkildə Google Play asılılığından azad olacaq və mütəmadi yenilənmələri hətta kənar tətbiqlər mağazasından əldə edə biləcək.
Paylaş
Bənzər xəbərlər