Logo
    main-post-cover

    Google Android 14 təqdimatının baş tutacağı tədbirinin keçirilmə tarixini elan edib

    Əməliyyat sistemləri
    09.03.2023
    Emil
        Google şirkəti özünün I/O 2023 adlı texnoloji konfransının keçiriləcəyi tarixi rəsmi şəkildə açıqlayıb. Şirkət sözügedən konfransın proqramı barəsində məlumatı daha sonra təqdim edəcək. Lakin insayderlər artıq I/O 2023-də hansı məhsulların təqdim ediləcəyi barəsində məlumat veriblər. Beləliklə bu il I/O konfransı 10 may tarixində start götürəcək. Konfrans online şəkildə keçiriləcək. Google öz əsas diqqətini Android 14 əməliyyat sisteminin təqdimatına ayıracaq. Lakin insayderlər bildiriblər ki, konfrans çərçivəsində şirkət həmçinin Pixel 7a smartfonunu, ilk qatlana bilən smartfonu Pixel Fold-u təqdim edəcək və keçən il anons olunmuş Pixel Tab planşetinin satış tarixini açıqlayacaq. Bununla belə şirkətin süni zəka əsasında çalışan servislər ilə funksiyaları təqdim edəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər