
Google Android-in loqosunu yeniləyib
Əməliyyat sistemləri
06.09.2023
Emil
Google şirkəti Android-in yeni dizayn konsepsiyasından danışıb. Android-in tanınan maskotu olan yaşıl rəngli robot bundan sonra əməliyyat sisteminin dizaynının əsasını təşkil edəcək. Daha əvvəllər bu maskot Android-in sadəcə olaraq simvolu qismində çıxış edirdi. Bundan sonra isə o, istifadəçilərlə qarşılıqlı əlaqədə olacaq və 3D dizayna keçid etdiyi üçün daha nəzərə çarpan olacaq.

Android-in dizayn konsepsiyasının yenilənməsi Google şirkətinin öz əməliyyat sisteminin müxtəlif versiyalarını müxtəli şirniyyat növləri ilə adlandırılması ənənəsindən imtina etdiyi vaxtdan indiyənə kimi ən böyük yenilənmə olacaq. Şirkət yeni dizayn konsepsiyası çərçivəsində yaşıl rəngli robotun statik fotosundan imtina edərək dinamik 3D dizayna keçid edəcək. Google bildirib ki, yaşıl robotun dinamik 3D dizaynı Android-in insanlarla qarşılıqlı əlaqədə olduğu hər yerdə ortaya çıxacaq. Yenilənmiş maskot artıq bu il əməliyyat sistemi çərçivəsində təqdim ediləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
