main-post-cover

    Google Chrome-un Android versiyası daha sürətlə çalışır və daha az RAM yaddaşından istifadə edir

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    17.11.2021
    Farid Pardashunas
        Google bildirib ki, bəzi optimizasiya prosesləri sayəsində Chrome brauzerinin Android versiyası RAM yaddaşının daha az hissəsini istifadə edir və veb səhifələri əvvəlkindən daha sürətlə işə salır. Bundan əlavə olaraq brauzer daha stabil çalışmağa başlayıb. Bütün bu üstünlüklər brauzerin proqram kodu ilə çalışma prinsiplərinin yenidən emal olunmasının nəticəsidir. Google etiraf edib ki, Chrome brauzerinə yeni funksiyaların əlavə edilməsi ilə paralel olaraq onun sistemində Java kodunun sayı da getdikcə artır. Buna görə də brauzerin çalışması üçün daha çox sistem resursu tələb olunur. Google şirkətinin tərtibatçılar komandası brauzer daxilində bu və ya digər prosesin işə salınması üçün nəzərdə tutulmuş kod sayını aşağı salmaq məqsədinə çatmaq istəyib.
        Bunun üçün APK faylın funksional modullara bölünməsi texnologiyasından istifadə edilib. Həmin modullarda əsas fayl və yalnız lazımi vaxtda yüklənməyə hazır olan fayl mövcuddur. Bəzi hallarda minimal sayda quraşdırılmış modula sahib olmaq daha faydalıdır. Söhbət, tətbiqin işə düşməsi zamanı yüklənən modullardan gedir. Məsələn əgər tətbiqdə yalnız kiçik istifadəçi kütləsinə maraqlı olan böyük bir funksiya varsa, tətbiq həmin funksiyaya ehtiyac duymayan istifadəçilər üçün onu tam şəkildə quraşdırmaya bilər. Bu cür modul strukturundan istifadə edərək Chrome tərtibatçıları aşağıdakı nailiyyətləri əldə ediblər:
    - Yaddaşın ortalama ümumi istifadəsi 5.2% aşağı enib
    - Renderinq prosesinin yaddaşdan ortalama ümumi istifadəsi 7.9% aşağı enib
    - Qrafik prosessor proseslərinin yaddaşdan ortalama ümumi istifadələri 7.6% aşağı enib
    - Brauzer proseslərinin yaddaşdan ortalama ümumi istifadələri 1.2% aşağı enib
    - Tətbiqin işə düşməsi üçün sərf olunan zaman 7.6% azalıb
    - Veb səhifələrin yüklənmələri üçün nəzərdə tutulmuş zaman 2.3% azalıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər