Logo
    main-post-cover

    Google özünün Gboard adlı virtual klaviaturasına neyron şəbəkəsini inteqrasiya edəcək

        İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti özünün Gboard virtual klaviaturasının imkanlarını süni zəka vasitəsilə genişləndirməyi planlaşdırır. Məlumata əsasən söhbət, virtual klaviaturaya çat-botun inteqrasiyasında getmir. Şirkət Gboard-un imkanlarını fotoların generatoru ilə birləşdirməyi planlaşdırır. Tərtibatçılar Gboard 12.7.05.507749191 beta versiyasının kodunda Imagen Keybord funksiyasının adını aşkar ediblər. Imagen süni zəka alqoritmi isə öz növbəsində mətn formatında təsvirlər əsasında fotoların yaradılması üçün nəzərdə tutulub. İnsayderlərin fikirlərinə əsasən Google bu imkanı Gboard virtual klaviaturasına əlavə etməyi nəzərdən keçirdir. Buna həmçinin bir neçə müddət bundan öncə Gboard-da reallaşdırılmış dizayn dəyişikliyi də işarə edir.
    Paylaş
    Bənzər xəbərlər