main-post-cover

    Google şirkəti Fuchsia OS əməliyyat sistemini bütün tərtibatçılar üçün açıq edib

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    09.12.2020
    Emil Nəcəfov
        4 il bundan öncə Google şirkəti açıq mənbə koduna sahib Fuchsia OS adlı yeni əməliyyat sistemi üzərində çalışdığını elan etmişdi. Sözügedən layihə hələ də ilkin inkişaf mərhələsindədir. Lakin buna baxmayaraq Google onu tərtibatçılar üçün aktiv edib. Bu barədə 4pda saytı xəbər verib. Hələ keçən il Google şirkəti Fuchsia.dev adlı saytı istifadəyə vermişdi. Saytda Zircon mikronüvəsi əsasında hazırlanmış bu əməliyyat sistemi barəsində məlumatlar yerləşdirilib. Bir neçə müddət bundan öncə isə Google Open Source Blog-da Fuchsia OS üzərində işlərin görülməsində maraqlı olan bütün tərtibatçıların dəvətli olduğu qeyd edilmişdi. Google bildirib ki, bu, açıq mənbəli koda sahib universal əməliyyat sisteminin yaradılması üzrə uzunmüddətli layihədir.
        Buna görə də kənar tərtibatçıların bu işdə iştirak etmələri vacibdir. Tərtibatçılıq prosesini sadələşdirmək üçün şirkət hamı üçün açıq olan Fuchsia səhvlər trekerini işə salıb. Şirkətin əsas planları arasında nüvədən ayrıca yenilənmə özəlliyinə sahib cihazlar üçün drayverlər üzrə framework-ların yaradılması və fayl sistemlərinin təkmilləşdirilməsi var. Google şirkətinin sözlərinə əsasən Fuchsia OS-də əsas diqqət istifqadəçilərin təhlükəsizliklərinə və yüksək performans göstəricilərinə ayrılıb. Tərtibatçılara yardımçı olmaq üçün şirkət ətraflı təlimat təqdim edib. Həmin təlimatda macOS Linux vasitəsilə çalışan kompüterlərdə əməliyyat sisteminin emulyatorundan istifadə üzrə məlumatlar əks olunub.
    Linki kopyala