Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?

Hansı iPhone modelləri iOS 14-ü əldə edəcəklər?

Əməliyyat sistemləri
23.06.2020 PAYLAŞIM

    Dünən keçirilmiş WWDC 2020 tədbirinin əsas diqqəti məhz iOS 14 əməliyyat sisteminə yönləndirilmişdi. Apple şirkəti yeni iOS versiyasında bir sıra vacib dəyişikliklər reallaşdırıb. Tədbir çərçivəsində şirkət iOS 14-ün stabil versiyasının istifadəyə veriləcəyi tərqribi vaxtı qeyd etmişdi. Daha sonradan isə şirkət bu əməliyyat sistemini əldə edəcək iPhone modellərinin siyahısını da açıqladı. Siyahı ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

    İnsayderlərin əvvəlcədən də güman etdikləri kimi keçən il iOS 13-ə kimi yenilənmiş bütün iPhone modelləri iOS 14-ü əldə edəcəklər. Şirkətin verdiyi məlumata əsasən 2015-ci ildə təqdim edilmiş iPhone 6siPhone 6s Plus modellərindən başlayaraq bütün iPhone modelləri iOS 14-ə kimi yenilənəcəklər. Siyahıya həmçinin iPhone SE, iPhone SE (2020) iPod Touch 7 də daxildirlər. Qeyd etmək lazımdır ki, iOS 14-ün stabil versiyası bu ilin payız fəslində istifadəyə veriləcək. İstifadəçilər artıq gələn aydan etibarən yeni əməliyyat sisteminin beta versiyasında iştirak edə biləcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


MIUI 12-yə Android və iOS-də olan faydalı funksiya əlavə ediləcək

Xiaomi şirkəti geridə qalmamaq üçün iOS və Android-də reallaşdırılmış faydalı funksiyanı MIUI 12 ist..


Google daxilində Android 11 hansı şirniyyatın adı ilə adlandırılır? (VİDEO)..

Android 10-dan başlayaraq Google şirkəti hər bir yeni Android versiyasının adına hansısa şirniyyatın..


Microsoft şirkəti Windows 10-un dizaynında bəzi dəyişikliklər edəcək

Microsoft şirkəti Windows 10 əməliyyat sisteminin dizaynında bəzi xırda yeniliklər edəcək.


Google şirkəti Android üçün olan sistem tələblərini sərtləşdirəcək

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti Android əməliyyat sistemi məsələsində smartf..


iOS 14-ün faydalı funksiyası Android-ə əlavə edilib

iOS 14-də bir çox faydalı funksiyalar reallaşdırılıb. Lakin həmin funksiyaların əksəriyyəti uzun müd..


Microsoft şirkəti Windows 10X-i gecikdirə bilər: Əməliyyat sistemi nə zaman isti..

Microsoft şirkəti Windows 10X-i keçən il anons etmişdi. Lakin buna baxmayaraq sözügedən əməliyyat si..

×