Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək

Huawei şirkəti HarmonyOS-i digər smartfon istehsalçılarına da təklif edəcək

Əməliyyat sistemləri
05.01.2021 PAYLAŞIM

    Huawei şirkəti ABŞ-ın qara siyahısına salındığı üçün o, Google servislərindən və ümumilikdə Android əməliyyat sistemindən istifadə etmək imkanından məhrum olub. Buna görə də şirkət öz smartfonlarında Android-i əvəzləyəcək HarmonnyOS əməliyyat sistemini inkişaf etdirməklə məşğuldur. Lakin yaxın gələcəkdə Huawei şirkətinin seçdiyi yol ilə digər istehsalçılar da gedə bilərlər. Belə ki, Huawei öz əməliyyat sistemini çinli partnyorlarına təqdim etməyə hazır olduğunu elan edib. Bu barədə 4pda saytı xəbər verib.

    Şirkətin biznes üzrə direktoru Richard Yu bildirib ki, Huawei, Google Play GMS-dən (Google Mobile Services) öz cihazlarında istifadə etmək imkanını itirmiş şirkətlərə HarmonyOS ilə HMS-dən (Huawei Mobile Services) istifadə lisenziyasını təqdim etməyə hazırdır. Bununla yanaşı o qeyd edib ki, Huawei öz cihazlarında HarmonyOS-dən istifadə etmək istəyən bütün çinli istehsalçıları dəstəkləməyə qadirdir. Məhz bu cür üsulla Huawei şirkəti cihazların Google servislərindən asılılığını aşağı salmaq niyyətindədir. Huawei tərtibatçılarının məlumatlarına əsasən HarmonyOS çoxlu sayda mikrosxemlərlə uyğunlaşmaq özəlliyinə sahibdir. Bu özəllik isə onu universal əməliyyat sistemi edir. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Google köhnə Android versiyalarından birində öz servislərinə girişi bağlayacaq..

Android Jelly Bean-in rəsmi dəstəyinin dayandırılmasından sonra Google şirkəti daha bir köhnə Androi..


Uzun müddət ərzində aktiv olmayan tətbiqlər və tərtibatçıların hesabları Google ..

Google şirkəti Google Play platformasının çalışma siyasətində dəyişikliklərin olduğunu elan edib...


Google iOS-dən Android-ə rahat keçid üçün xüsusi tətbiq üzərində çalışır..

İnsayderlərin verdikləri məlumata əsasən Google şirkəti iOS istifadəçilərinin Android-ə maksimal dər..


Microsoft bulud servisdə işə düşən Windows 365 adlı əməliyyat sistemini təqdim e..

Microsoft-un yeni servisi desktop əməliyyat sistemini bulud servisdə istifadə etmək imkanını verir...


Windows 11 yenilənmələri arasındakı zaman intervalı daha böyük olacaq

Microsoft şirkəti Windows 11 barəsində məlumatlar təqdim etməyə davam edir.


Google yaxın zamanda Android Jelly Bean-in dəstəyini dayandıracağını elan edib..

İstifadəyə verilməsindən 9 il sonra Google şirkəti Android Jelly Bean əməliyyat sisteminin dəstəyini..

×