main-post-cover

    iOS 15 və macOS Monterey-i əldə edəcək cihazların rəsmi siyahısı təqdim olunub

    Proqram Təminatı
    Əməliyyat sistemləri
    08.06.2021
    Farid Pardashunas
        Apple şirkəti dünən tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC 2021 konfransına start vermişdi. Konfrans çərçivəsində şirkət iOS 15macOS Monterey əməliyyat sistemlərini təqdim edib. İndi isə hansı iPhone smartfonları ilə Mac kompüterlərinin bu əməliyyat sistemlərini əldə edəcəkləri barədə rəsmi siyahı təqdim olunub. Sözügedən əməliyyat sistemlərinin tərtibatçılar üçün nəzərdə tutulmuş ilk beta versiyaları artıq aktivdirlər. Həmin beta versiyalardan yararlanmaq üçün Apple Developer Program proqramının üzvü olmaq lazımdır. Bu əməliyyat sistemlərinin ictimai beta versiyaları gələn ay istifadəyə veriləcək. Lakin stabil versiyaların payız fəslində işıq üzü görəcəkləri gözlənilir. Beləliklə iOS 15 ilə macOS Monterey-i əldə edəcək cihazlar aşağıdakı kimidir:
    iOS 15.
    - iPhone 6s, 6s Plus
    - iPhone SE (1-ci nəsil)
    - iPhone 7, 7 Plus
    - iPhone 8, 8 Plus
    - iPhone X
    - iPhone XS, XS Max
    - iPhone 11
    - iPhone 11 Pro, 11 Pro Max
    - iPhone 12 mini, iPhone 12
    - iPhone 12 Pro, iPhone 12 Pro Max
    - iPhone SE (2-ci nəsil)
    - iPod touch (7-ci nəsil).
    macOS Monterey.
    - Mac Pro — 2013-cü il və daha yeni modellər
    - iMac Pro — 2017-ci il və daha yeni modellər
    - Mac mini — 2014-cü ilin sonunda satışa çıxmış və daha yeni modellər
    - MacBook Air — 2015-ci ilin əvvəlində satışa çıxmış və daha yeni modellər
    - MacBook — 2016-cı ilin əvvəlində satışa çıxmış və daha yeni modellər
    - MacBook Pro — 2015-ci ilin əvvəlində satışa çıxmış və daha yeni modellər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər