Reklam
macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

macOS-in Monterey adlı yeni versiyası təqdim olunub

Əməliyyat sistemləri
08.06.2021 PAYLAŞIM

    Apple şirkəti WWDC 2021 konfransı çərçivəsində iOS 15-dən başqa həmçinin macOS desktop əməliyyat sisteminin yeni versiyası olan macOS Monterey-i də təqdim edib. Desktop əməliyyat sisteminin yeni versiyası bir sıra yeni özəlliklər əldə edib. Onların arasında Universal Control adlı rejim, Safari brauzerinin redizaynı və iOS 15-də dəstəklənən SharePlay ilə Screen Sharing funksiyaları var. Universal Control rejimini əldə etmiş Continuity servisinin yenilənmiş funksionallığı Apple şirkətinin bir neçə cihazını vahid ekosistemə daha sıx inteqrasiya etməyə imkan verir. Funksiyanın əsas ideyası ondan ibarətdir ki, bir mouse işarəsini həm MacBook-da həm də iPad-də istifadə etmək mümkün olsun.


    Başqa sözlə desək, planşeti həm əlavə monitor kimi həm də əlavə iş mühiti kimi istifadə etmək mümkündür. Maraqlısı ondadır ki, bu yeni funksiya eyni anda bir neçə cihazda çalışır. Buna misal olaraq iPad, MacBook və iMac kombinasiyasını gətirmək olar. Bu halda bu cihazlar üçün fayl mübadiləsi üzrə ümumi bufer aktiv olacaq və bir faylı bu müxtəlif cihazlar arasında daşımaq imkanı təqdim olunacaq. Bu halda bir cihaz avtomatik şəkildə faylın hansı cihazdan göndərildiyini təyin edə biləcək. macOS Monterey-də AirPlay to Mac adlı yeni funksiya reallaşdırılıb. Bu funksiya vasitəsilə istifadəçi öz smartfonunda işə saldığı musiqini və ya videonu birbaşa Mac-a ötürə biləcək.

    Apple şirkəti daha öncə iOS-də reallaşdırmış olduğu Quick Actions adlı funksiyanı macOS-ə inteqrasiya edib. Beləliklə istifadəçilər öncədən qurulmuş bir ssenari vasitəsilə bir neçə sürətli əmrlər yarada bilərlər. Həmin əmrlər isə bir kliklə əməliyyat sistemində işə düşəcəklər. Bundan əlavə olaraq istifadəçilər Automotor tətbiqi vasitəsilə artıq hazır ssenariləri import edə bilərlər. Safari brauzeri də bir sıra yenilənmələrə məruz qalıb. Şirkət brauzeri elə optimizasiya edib ki, M1 prosessoruna sahib MacBook istifadəçiləri öz noutbuklarını şarj etmədən 17 saat ərzində internetdən istifadə edə bilərlər.

    Bununla yanaşı brauzerin qovluqlarının dizaynı dəyişilib və “Groups” adlı bölmə əlavə edilib. Bu bölmə çoxlu sayda veb səhifənin istifadə edildiyi zaman naviqasiya prosesini sadələşdirir. Şirkət həmçinin brauzerin kənar menyusunu yeniləyib və ora qovluqlar qrupunun təkrar istifadəsi imkanını yerləşdirib. Bununla belə qovluqlardan ibarət həmin qruplar bir Apple ID vasitəsilə çalışan digər Apple cihazları ilə sinxronlaşırlar. Sonunda Safari üçün olan genişləndirmələr (extensions) macOS ilə yanaşı həmçinin iOS-də də dəstəklənirlər. macOS Monterey iOS 15-də təqdim olunmuş bir çox funksiyaları dəstəkləyir. Desktop əməliyyat sisteminin ictimai beta versiyası gələn ay təqdim olunmalıdır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Microsoft Defender antivirus tətbiqi yeni faydalı funksiyanı əldə edib

Microsoft şirkəti Windows 11 üçün növbəti yenilənmənin təqdim edildiyini elan edib.


Niderlandın təhsil müəssisələrində Chrome brauzeri ilə ChromeOS ƏS-nə məhdudiyyə..

Niderlandın Təhsil, Mədəniyyət və Elm Nazirliyi Chrome brauzerinin və ChromeOS əməliyyat sisteminin ..


Samsung smartfonlarında bütün özəl məlumatları gizlətməyə imkan verəcək funksiya..

Telefonun təmirə verilməsi hər zaman konfidensial məlumatların ortaya çıxması riski ilə müşaiyət edi..


iOS 16-da Always on Display funksiyası bir qədər fərqli şəkildə çalışacaq..

9to5mac saytının jurnalistləri iPhone-larda çoxdan gözlənilən Always on Display funksiyasının sonund..


Huawei HarmonyOS 3 əməliyyat sistemini təqdim edib

Huawei rəsmi şəkildə HarmonyOS 3.0 əməliyyat sistemini təqdim edib.


MIUI 14-ün screenshot fotoları ortaya çıxıb

Xiaomi, Redmi və POCO smartfonları üçün nəzərdə tutulmuş MIUI 14 istifadəçi interfeysinin screenshot..

×