
iOS 16-nın istifadəçilər arasında yayılma statistikası təqdim edilib
Əməliyyat sistemləri
17.02.2023
Emil
Apple şirkəti iOS 16 əməliyyat sisteminin istifadəçilər arasında yayılması üzrə statistikanı ilk dəfə təqdim edib. Beləliklə Apple tərəfindən təqdim edilmiş statistikaya əsasən iOS 16 bütün dünyada aktiv iPhone modellərinin 72%-nə quraşdırılıb. iPhone-ların 20%-i iOS 15, 8%-i isə daha köhnə iOS versiyaları vasitəsilə çalışırlar. Apple həmçinin son 4 il ərzində satışa çıxmış iPhone-lar üçün olan statistikanı da təqdim edib. Həmin statistikada isə iOS 16-nın vəziyyəti daha cəlbedicidir. iPad modellərinə gəldikdə isə onların 50%-i iPadOS 16, 37%-i iPadOS 15, 13%-i isə iPadOS-in daha köhnə versiyaları vasitəsilə çalışır. Burdan da belə qənaətə gəlmək olar ki, iPad planşetlərinin istifadəçiləri hansısa səbəbdən iPadOS 16-ya keçid etməkdə heç də həvəsli deyillər.
Paylaş
Bənzər xəbərlər