Logo
    main-post-cover

    iOS 17-də 3D Touch-ın analoqu istifadəyə veriləcək

        Ekrana klikləmə gücünü təyin etməyə imkan verən 3D Touch texnologiyasının dəstəyi iOS-dən hələ iPhone Xr zamanlarında aradan qaldırılmışdı. Nəticədə onu Haptic Touch adlı sadələşdirilmiş funksiya əvəz etdi. Məlum olub ki, Apple şirkəti Haptic Touch funksiyasını bir qədər təkmilləşdirib. iOS 17-nin beta versiyasını test edən şəxslərin sözlərinə əsasən təkmilləşdirilmiş Haptic Touch funksiyası 3D Touch funksiyasına bənzəyib. 3D Touch texnologiyasının əsas fərqləndirici özəllikləri ekrana klikləmə gücünün və ekranın klikləmə gücünə reaksiyası sürətinin təyini idi. Birinci özəlliyi yeni əməliyyat sistemində software səviyyəsində reallaşdırmaq mümkün deyil.
    Apple iOS 17
        İkinci özəllik isə birbaşa iOS 17-yə inteqrasiya edilib. iOS 17-nin beta versiyasını test edən istifadəçilərin sözlərinə əsasən Haptic Touch ayarlarında ekranın klikləməyə reaksiya sürəti məsələsində yeni bənd əlavə edilib. iOS 16-da ekranın klikləməyə reaksiya sürəti ayarında iki bənd mövcuddur. “Fast” və “Slow”. iOS 17-də isə bu bəndlərin arasına yenisi əlavə edilib. Söhbət, “Default” adlı bənddən gedir. O, ekranın daha öncə “Fast” bəndi üçün nəzərdə tutulmuş çalışma sürətini təqdim edir. Ekranın “Fast” bəndi üçün nəzərdə tutulmuş çalışma tezliyi isə Haptic Touch-ı daha çox 3D Touch-a bənzədir. Qeyd etmək lazımdır ki, iOS 17-nin stabil versiyası bu ilin payız fəslində istifadəyə verilməlidir.
    Paylaş
    Bənzər xəbərlər