Logo
    main-post-cover

    iOS 17-də nə kimi yeniliklər olacaq?

        Apple şirkəti iyun ayında baş tutacaq WWDC 2023 konfransı çərçivəsində iOS 17 əməliyyat sistemini təqdim edəcək. İndi isə insayderlər sözügedən yeni əməliyyat sistemində olacaq dəyişikliklər barəsində məlumat veriblər. Beləliklə verilmiş məlumata əsasən iOS 17-də reallaşdırılacaq əsas dəyişiklik yenilənmiş Control Center olacaq. Apple sonuncu dəfə Control Center-in dizaynını 10 il bundan öncə iOS 11-də yeniləmişdi.
        Bundan əlavə olaraq şirkət tərtibatçıları iOS 17-də Dynamic Island çıxıntı hissəsini əhatə edəcək yeni funksiyaları, interaktiv vidjetləri və yaxşılaşdırılmış Always-on-Display funksiyasını reallaşdıracaqlar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iOS 17-ə Health adlı yeni sistem tətbiqi əlavə ediləcək. Şirkət üstəlik yeni əməliyyat sisteminin stabilliyinə və performansına ciddi diqqət ayırıb. Böyük ehtimal ilə şirkət yeni əməliyyat sisteminin beta versiyasını məhz WWDC 2023-də istifadəyə verəcək. Onun stabil versiyası isə payız fəsli üçün gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər