
iOS yenilənməsindən sonra iPhone 13 və iPhone 14 smartfonlarının ekranlarında problemlər yaşanır (VİDEO)
Əməliyyat sistemləri
07.11.2022
Emil
iPhone istifadəçiləri öz cihazlarında yaranmış yeni problemlə bağlı şikayətlənməyə başlayıblar. Yaranmış yeni problem iPhone 13 və iPhone 14 seriyasına daxil olan smartfonları əhatə edir. Beləliklə istifadəçilərin verdikləri məlumata əsasən iOS yenilənməsi smartfon ekranında və əməliyyat sisteminin ana səhifəsində problemlər yaradaraq smartfonlardan istifadəni çətinləşdirir və bəzi hallarda qeyri-mümkün edir. Birinci problem istifadəçilərin ana səhifəyə geri dönüş edə bilməmələri ilə bağlıdır. Bu halda smartfonun ekranı klikləmələrə reaksiya vermir və Spotlight axtarış sistemində ilişib qalır.
Bəzən bu halda multitasking menyusuna keçid imkanı olduğu kimi qalır. Yaranmış digər problem isə daha ciddidir. İstifadəçilərin sözlərinə əsasən iOS 16.0.3 və ya iOS 16.1-ə kimi yenilənmədən sonra smartfonların ekranları rəngli zolaqlarla örtülür və ya ekranlar tamamilə müəyyən rəngə boyanır. Bu halda hətta smartfonun yenidən işə salınması və ya sistem ayarlarının sıfırlanması ilə də ana səhifəyə geri dönüş etmək olmur. Yaranmış bu problemlərin hələ dəqiq bir həll yolu yoxdur və Apple da bu məsələyə hələ heç bir fikir bildirməyib.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
