Logo
    main-post-cover

    iOS yenilənməsindən sonra iPhone-larda Face ID sistemi deaktiv olub

    Əməliyyat sistemləri
    04.11.2022
    Emil
        iPhone istifadəçiləri öz smartfonlarında yaranmış yeni problem barəsində şikayətlənməyə başlayıblar. Bu dəfə onlar iOS yenilənməsindən sonra Face ID sisteminin çalışmasında yaranmış problemlə qarşılaşıblar. Belə ki, iOS yenilənməsindən sonra onların iPhone-larında Face ID sistemi ümumiyyətlə çalışmır. Reddit platformasında olan paylaşımlara əsasən iPhone-lardakı Face ID sistemi smartfonların iOS 16-ya kimi yenilənmələrindən sonra çalışmır. İstifadəçi bu halda Face ID-dən istifadə etmək istəyən zaman smartfon ekranında “Face ID deaktivdir. Daha sonra cəhd edin” bildirişi əks olunur. Sözügedən problemi yaşayan istifadəçilər arasında iPhone X və ondan sonra satışa çıxmış iPhone modellərinin istifadəçiləri var.
        İstifadəçilərdən birinin verdiyi məlumata əsasən o bu problemi həll etmək üçün Apple şirkətinin rəsmi xidmət mərkəzinə müraciət edib və orda qeyd edblər ki, problem məhz hardware səviyyəsindədir. Digər bir istifadəçidə isə smartfon ayarlarının sıfırlanması və smartfonun yenidən işə salınması sözügedən problemin aradan qaldırılmasını mümkün etməyib. Qeyd etmək lazımdır ki, buna bənzər problem həmçinin iOS 15.7.1 əməliyyat sistemində də ortaya çıxmışdı və daha sonra Apple həmin problemi sistem yenilənməsi vasitəsilə aradan qaldırmışdı. iPhone-larda iOS 16 yenilənməsindən sonra deaktiv olan Face ID problemi hələ ki, həll olunmamış şəkildə qalır. Apple isə bu məsələyə hələ heç bir fikir bildirməyib. Çox güman ki, yaranmış bu problem yaxın zamanda təqdim ediləcək iOS yenilənməsi vasitəsilə aradan qaldırılacaq.
    Paylaş
    Bənzər xəbərlər